Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şabran bələdiyyəsində özbaşınalıq

 

Şabran rayonu Zeyvə kənd sakini Elxan Məmmədov redaksiyamıza müraciət edərək kömək istəyib. Şikayətçi yaşadığı kəndin bələdiyyə sədri, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində yenidən namizəd olan Cəmaləddin Nuryevin ona məxsus qanuni torpaq sahəsini rüşvət müqabilində başqasının adına keçirdiyini bildirib.

"Xeberinfo.com":  Məlumata görə,Şikayətçi bələdiyyə sədrinin fərari olduğunu və buna görə cinayət məsuliyyətinə cəlb edildiyini deyib: “Nuriyev Cəmaləddin 10 ildir ki, bələdiyyə sədri vəzifəsindədir. 23 dekabrda yenidən bu vəzifəyə seçilmək niyyətindədir. O fəraridir. Hərbi Prokurorluğun apardığı araşdırma nəticəsində bu təsdiq olunub. Onun özü də ərizə əsasında fərari olduğunu etiraf edib. Bütün kənd sakinləri onun fərari olduğunu bilir. Onun yenidən bələdiyyə sədri seçilmək niyyəti etiraz doğurub. Təəssüf ki, Şabran rayonunun rəhbərliyi bu biabırçılığa birbaşa dəstək verir.  Müdafiə naziri Milli Məclisdə məsələ qaldırmışdı ki, hərbi xidmət keçməyən vətəndaş rəhbər vəzifəyə təyin oluna və seçilə bilməz. Təəssüf ki, qanunlarımıza əməl edən yoxdur”.
Şikayətçi qanuni torpaq sahəsinin zəbt olunduğundan danışıb:  “Cəmaləddin Nuriyev Zeyvə kəndi ərazisində yerləşən, uzun illər istifadəmdə olan və bələdiyyəyə məxsus olmayan torpaq sahəsini zorla əlimdən alaraq, DSK-nın sədri Nizami Baloğlanovun  zəbt etməsinə şərait yaradıb. Çünki DSK sədri ona bələdiyyə sədri seçilməkdə köməklik göstərəcəyini bildirib. Məlumatlara görə,  bələdiyyə sədri seçilmək üçün 70 min manat rüşvət verib. Biz indi nəyə inanaq? Belə çıxır ki, kimsə cəbhədə qanını tökməli, şəhid olmalıdır? Fərarilər isə torpaqlarımızda bələdiyyə sədri olmalıdırlar?”
Şikayətçi kömək üçün müraciət etmədiyi aidiyyəti orqanın qalmadığını söylədi: “Artıq səbrim tükənib. Hara şikayət edirəmsə, məhəl qoyan yoxdur. İndiyə qədər cənab prezident İlham Əliyevə, Mehriban Əliyeva, Oqtay Əsədov, Əli Əhmədov, Əli Həsənov Məzahir Pənahov, Fikrət Məmmədov, Heydər Əsədov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon Prokurorluğuna müraciət etmişəm. Amma nəticəsi olmayıb. Qəzetiniz vasitəsilə prezidentimizə müraciət edirəm ki, bələdiyyə sədrinin qanunsuz əməllərinin qarşısını almaqda bizə mənə kömək edəsiniz”.
Müsavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam