Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Lənkəran-Lerik yolu yenidən qurulur

Torpaq işləri 276 min kub. m həcmdə icra olunur

Yenixeber.org: Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb.

Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Torpaq işləri 276 min kub. m həcmdə icra olunur.

Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülür.

Yenidənqurma işlərinin sonuncu mərhələsində yola 6 avtobus dayanacağı qoyulacaq, həmçinin hərəkətin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə 152 ədəd yol nişanı və məlumatverici lövhə, 2024 ədəd siqnal dirəyi və 110 ədəd km göstəricisi quraşdırılacaq, 153 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam