Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Göyçayda XIII Nar festivalı keçirilir

Göyçayda XIII Nar festivalı keçirilir

Göyçayda XIII Nar festivalına start verilib.

Yenixeber.org: Builki Nar festivalında iştirak edənlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var.

Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 3-4-də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam