Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Leysan Zaqatala və Balakəndə fəsadlar törədib

 

Leysan Zaqatala və Balakəndə fəsadlar törədib
Avqustun 9-dan başlayaraq yağan güclü leysan yağışları respublikamızın şimal-qərb bölgəsi rayonlarının ərazisindən axan dağ çaylarında daşqınlara səbəb olub, bölgənin bəzi yaşayış məntəqələrinə sel düşüb, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura xeyli ziyan dəyib.
Yenixeber.org: Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, sel suları nəticəsində Zilban çayı üzərindəki Zilban və Car kəndlərini birləşdirən, eləcə də Tala çayı üzərindəki Meşleş və Yuxarı Tala kəndlərini birləşdirən körpülərin bəndlərini və çiyin hissələrini su yuyub, körpülərdə hərəkət dayanıb. Təbii fəlakət nəticəsində rayonun Bəhmətli, Lahıc, Höytala, Vöhtala, Mamrux, Çobankol, Zəyəm, Yuxarı Tala, Aşağı Tala və digər yaşayış məntəqələrini, əkin sahələrini, vətəndaşların pay torpaqlarını sel suları basıb. Güclü leysan nəticəsində Zaqatala şəhəri ərazisində V.Qurbanov, Nizami küçələrində və digər ərazilərdə vətəndaşların fərdi yaşayış evlərini və həyətyanı sahələrini su basıb, infrastruktura, o cümlədən yol, içməli su, təbii qaz, elektrik, rabitə və meşə təsərrüfatlarına ciddi ziyan dəyib. Rayon Fövqəladə Hallar Komissiyasının həyata keçirdiyi operativ tədbirlər nəticəsində əhali təhlükəli zonalardan köçürülüb, həyat üçün vacib olan obyektlərin sel sularından mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Aramsız yağışlar davam edir.

Güclü leysan yağışları Balakən rayonunda da fəsadsız ötüşməyib. Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, avqustun 10-dan başlayan və hazırda da davam edən intensiv leysan yağışları rayon ərazisindən axan Katex və Balakənçaylarının daşmasına səbəb olub. Sel daşqınları nəticəsində Katex və İtitala kəndlərində bir çox həyətləri, obyektləri su basıb. Sel suları Katex, Püştətala, Kortala və İtitala kəndlərində vətəndaşlara məxsus təsərrüfatlara, qarğıdalı, tütün sahələrinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Siltik su xətti zədələnib, içməli su təchizatında problemlər yaranıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq işlər aparılır.

İntensiv leysan yağışlarının yağması nəticəsində Qax rayonu ərazisindən axan dağ çaylarında da qısamüddətli daşqınlar baş verib, bəzi kəndlərdə infrastruktura və vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə ziyan dəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam