Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Taxıl biçini mütəşəkkil keçirilir-Füzuli rayonunda

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək barədə verdiyi tapşırıq və göstərişləri cəhbə bölgəsində yerləşən Füzuli rayonunda qarşıda duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir



Yenixeber.org: Aqrar rayon olan Füzulidə insanlar əsasən taxılçılıq, pambıq, barama, şəkər çuğunduru və heyvandarlıqla məşğul olurlar.

Cari təsərrfat ilində rayonda ümumilikdə 36419 hektar sahədə dənli-taxıl bitkisi əkilmişdir ki, bunun da 28894 hektarı buğda, 8025 hektarı isə arpadır.  Hazırda rayonda taxıl biçini davam edir. Bu günə kimi ümumilikdə 21500 ha sahədə biçin aparlımışdır. Rayon arpa biçini başa çatmışdır. Arpa əkilmiş sahələrdə orta məhsuldarlıq 29.5 sentner, buğda əkilmiş sahələrdə isə 31.2 sentnerdir. 

Rayonda taxıl biçininin iyulun 10-a kimi tam başa çatdırılması nəzərdə tutulur. Taxıl biçinin operativ, itkisiz və kompleks şəkildə həyata keçirilməsi üçün rayon Qərərgahı fəaliyyət göstərir.

Artıq 6 ildir respublika üzrə 100 min tondan artıq məhsul istehsal edən Füzuli rayonunda bu il də bol məhsul istehsal olunacağı gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam