Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısı özünə daha bir qadın müavin təyin edib

 

        Şahin Məmmədovun yeni müavini parlament seçkilərində YAP-ın namizədi olub

 

     “Xeberinfo.com”: Ağcabədi rayon icra hakimiyyəti başçısının pensiya yaşına çatması ilə əlaqədar təqaüdə göndərilən müavini Əbülfət Tapdıqovun yerini kimin tutacağı ilə bağlı məsələ aydınlaşıb. Oktyabrın 22-də Ağcabədi rayon Mədəniyyət Evində keçirilən tədbirdə icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyin olunan Mustafayeva Naibə Sadıq qızı rayon ictimaiyyətinə təqdim olunub. Xatırladaq ki, Naibə xanım son parlament seçkilərində Ağcabədi rayonun əhatə edən seçki dairələrindən biri üzrə YAP-ın deputatlığa namizədi olub.

     Məlumata görə bu günə kimi icra başçısının müavinlərini bu səviyyədə təqdim etməsi olmayıb. Təqdimetmə tədbirinə rayonun bütün idarə və müəssislərinin, ərazi icra nümayəndəliklərinbin və hətta bələdiyyələrin rəhbərləri, təhsil və mədəniyyət işçiləri qatılıb. Tədbirdə çıxış edən Naibə Mustafayeva özünün karyerası ilə bağlı danışarkən Təhsil Şöbəsinin müdiri olmağı arzuladığını, ancaq icra başçısının müavini ola biləcəyini düşünmədiyini deyib. İcra başçısının yeni müavininin Təhsil Şöbəsinin müdiri vəzifəsini tutmaq niyyətindən niyə vaz keçməsi ilə bağlı da fikir bildirdiyi iddia olunur. Həmin iddiada yer alan məqamın incəliyini nəzərə alıb, burada qeyd etmirik və dəqiqləşdirməyə çalışacağıq.

     Naibə Mustafayevanın icra başçısnın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilməsi ilə Şahin Məmmədovun qadın müavinlərinin sayı ikiyə yüksəlib. Qeyd edək ki, Ağcabədi rayon icra hakimiyyəti başçısının digər müavinlərindən biri olan Leyla Əsgərova həm də Aqrar məsələlər şöbəsinin müdiridir. Ancaq məlumata görə, Naibə Mustafayevanın icra başçısının müavini təyin olunması ilə eyni zamanda Leyla Əsgərovanın istefaya göndərilməsi ilə bağlı məsələ də gündəmə gəlib. Ağcabədi rayonundakı mənbəmiz “xeberinfo.com”a bildirir ki, son zamanlar rayonun aqrar bölməsi ilə bağlı bir neçə qalmaqallı məlumatların yayılması, yəni Ağcabədi rayonunun icarədarlarının əllərindən torpaqların alınaraq ayr-ayrı şirkətlərə verilməsi, budğa isteahsalçılarına verilən subsidiyalar ətrafında qalmaqal Leyla Əsgərovanın mövqelərini zəiflədib. Məlumatlı mənbə Leyla Əsgərovanı əvəz etməyə ən şanslı namizədin isə Ağcabədi şəhəri üzrə Ərazi İcra nümayəndəsi Aqil Əliyev olduğunu qeyd edir. Mənbənin sözlərinə görə, Aqil Əliyev Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevin oğludur. Əli Əliyev Ağcabədi rayonunda ən nüfuzlu məmurlardan sayılır və icra başçısının yanındakı Şuraya da daxildir.

 

 

 

 

    Rövşən


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam