Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Taktiki-xüsusi təlim keçirilib-Naxçıvanda

 

Naxçıvanda taktiki-xüsusi təlim keçirilib
Yenixeber.org: Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanının yerüstü obyektlərində və hava gəmilərində baş verən yanğınlar zamanı insanların xilas edilməsi və yanğının söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, eyni zamanda çevikliyinin yoxlanılmasıdır.

Hava limanında keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, FHN-nin “112” və “101” xidmətlərinə ötürülməsi, aeroportun yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, eləcə də digər xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyə edilməsi, təyyarənin daxilində, eyni zamanda ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının və digər xidmətlərinin 83 nəfər şəxsi heyəti, 15 ədəd xüsusi təyinatlı texnikası, idarəetmə və rabitə vasitələri cəlb edilib, təlim üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam