Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir

 

 

Gəncə şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilir

 

Yenixeber.org: Festival Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında təşkil olunub.

Aprelin 27-dən 30-dək davam edəcək Festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalda Rusiyanın Dövlət Akademik Böyük Teatrının nümayəndə heyəti ilə təmsil olunur.

Festivalın bədii rəhbəri SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.

Festival çərçivəsində keçiriləcək kamera konsertində Fərhad Bədəlbəyli (piano), Dmitri Yablonski (violonçel, ABŞ), Olga Naqornaya (soprano, Ukrayna), Anastasiya Barun (soprano, Rusiya), İqor Korostılyov (bas, Rusiya), Aleksandr Anasenko (piano, Rusiya), Murad Adıgözəlzadə (piano), Şükür Səmədov (klarnet), Səbinə Əsədova (mezzo-soprano), Fəridə Məmmədova (soprano), Fəridə Rüstəmova (violin), İlahə Sadıxzadə (piano) çıxış edəcəklər.

Festivalın açılış mərasimində Azərbaycanın xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertdə Fərhad Bədəlbəyli (piano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə) və digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndiriləcək. Aprelin 29-da Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Festival aprelin 30-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin konserti ilə başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam