Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

 

 

 Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi ilə mayın 12-dən 19-dək “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

 

Yenixeber.org: Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub.

Artıq üçüncü dəfə keçiriləcək və teatr ənənələrindən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan yuxarı təklif daxil olunub.

Bildirilib ki, “Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğunu nəzərə alaraq, festivalın milli və beynəlxalq olmaqla iki istiqamətdə mərhələdə keçirilməsinə qərar verilib. Milli Teatr mərhələsinə ölkə teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı, Göygöl bölgələrinə səfərləri daxil edilib.

Festivalın Beynəlxalq mərhələsində Acto Teatro Columbiya Teatrının Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının V.Şekspirin “Maqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının V.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları planlaşdırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam