Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Lənkəranda qaynatasını bıçaqlayan şəxs saxlanılıb

 

Ötən gecə Lənkəranda qaynatasını bıçaqlayan şəxs saxlanılıb

 

Yenixeber.org: Lənkəran şəhərində törədilən bıçaqlanma hadisəsinin qohumlar arasında baş verdiyi məlum olub.

Belə ki, Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu övladları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin olaraq hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qaynatanı bıçaqlaması ilə nəticələnib.

Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq "RayPo" adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti isə ağır olaraq qalır.

Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam