Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qubada arvadını amansızcasına öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

 

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada arvadını amansızcasına öldürməkdə təqsirləndirilən Murad Ələsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Ələsgərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2017-ci ilin mayın 20-də Qubanın Güləzi kəndində baş verib. Həmin kənddə yaşayan M.Ələsgərov tövlədə inək sağan həyat yoldaşı Ulduz Ələsgərovaya 5 balta zərbəsi endirərək onu amansızcasına öldürüb. Qonşular səsə hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də, bu, mümkün olmayıb. U.Ələsgərova aldığı zərbələrdən keçinib.

İttihama görə, M.Ələsgərov həyat yoldaşına ilk zərbəni vuran zaman onun azyaşlı qızı da hadisə yerində olub. Daha sonra qızı qorxusundan bayıra qaçıb. 

M.Ələsgərov könüllü olaraq Quba Rayon Polis Şöbəsinin (RPŞ) gələrək istintaqa təslim olub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Ələsgərov apellyasiya şikayəti verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam