Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

FHN Gəncədə maarifləndirmə tədbiri keçirdi

FHN Gəncədə maarifləndirmə tədbiri keçirdi

 

 

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib

 

Yenixeber.org: FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhəri V.Veysəlov adına 30 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, həmçinin Gəncə Regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşları iştirak ediblər.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürücü balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

Sonda sualları cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam