Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gəncə DYP rəisi Rəhim Zalov qəza törətdi –Yeniyetmə qız ağır xəsarət aldı

Gəncə DYP rəisi Rəhim Zalov qəza törətdi – Yeniyetmə qız ağır xəsarət aldıYenixeber.org: Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin rəisi Rəhim Zalov idarə etdiyi avtomobillə qəza törədib. Realliq.org-a verilən məlumata əsasən, hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, Mərkəzi Univermağın qarşısındakı işıqforda baş verib.

 Gəncə şəhər DYP rəisi Rəhim Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib.
Hadisə şahidləri bildirir ki, təxminən 20-22 yaşlarından olan qız qəza zamanı polis rəisinin avtomobilinin altında sürüklənib. Qəzadan dərhal sonra təxminən 20-nəfərə yaxın şəxs Gəncə DYP-yə məxsus BMW markalı avtomobili yuxarı qaldıraraq, qızı altından çıxarıblar. 

Məlumata görə, qızı avtomobilin altından çıxarandan sonra Yol polisinin avtomobili ilə hadisə yerindən aparılıb. Gəncə şəhər, Təcili tibbi yardım xəstəxanasından Realliq.org-a bildiriblər ki, səhiyyə ocağına qəzada xəsarət alan xəstə daxil olmayıb. Saytın araşdırmaları zamanı məlum olub ki, şəhər Yol Polisi İdarəsinin rəisi Rəhim Zalov hadisəni ört-basdır etmək üçün xəsarət yetirdiyi qızı şəhərin Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanada xəsarət alan vətəndaş qeydiyyata alınmadan müayinə olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzi Xəstəxanadan Realliq.org – a bildiriblər ki, dünən xəstəxananın əməkdaşı olan xanım avtoqəza nəticəsində xəsarət alıb və ilkin müayinədən sonra reanimasiyaya yerləşdirilib. Lakin hadisənin Yol Polisi rəisinin törətdiyi barədə məlumatsız olduğu bildirilib. Məhz Rəhim Zalovun şəhərin Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə isti münasibəti onun hadisəni ört-basdır etməyə yardım edib.

Xatırladaq ki, Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin rəisi Rəhim Zalov dəfələrlə qəzalar törətməklə yadda qalıb. Bir müddət öncə Gədəbəydən şəhərə gələn rəisin bir həkimin həyatına son qoyduğu medianın diqqətini çəkmişdi. 
Realliq.org hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Ətraflı məlumat verəcəyik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam