Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Polis Şirvanda əməliyyat keçirdi

Polis Şirvanda əməliyyat keçirdi

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb

 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov ŞPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılıb.

Polis Şöbəsində baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitənin 3,30 qram və 3,62 qram olmaqla, ümumi çəkisi 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Araşdırmalarla onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və görülmüş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. 

Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkovasitələr aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitələrin ümumi çəkisi 951,26 qram qurudulmuş marixuana olması barədə rəy verilib. 

Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam