Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Göygöldə direktorun çipsi və saqqız alveri- natəmiz ayaqyolu, fondpulu bir də əmioğlu

 

Göygöldə direktorun çipsi və saqqız alveri

 

 Göygöl rayon Təhsil Şöbəsi məktəblərə inzibati nəzarəti "itirib”

 

Yenixeber.org: Rayon TŞ-nin müdiri Elbrus Atayev müxtəlif səbəblər üzündən bir sıra ciddi nöqsanları görməzlikdən gələrək, sanki direktorların qarşısında acizanə duruma düşüb. Ölkəni bürüyən "təhsil anarxiyası" anoloji olaraq bu rayona da siraət edə bilib. Məktəblərdə tədrisin keyfiyyəti, şagirdlərin davamiyyəti, müəllimlərin nizam-intizamı və başqa pedoqoji məsələlər formal xarakter daşıyır. TŞ-nin təhsil müdirindən aşağı vəzifə tutan şəxslərin birinin ərinin, digərinin qohumunun daha iri məmur olması Elbrus Atayevin tələbkarlığını azaldır. Hər şey bir yana, rayon təhsilinə cavabdehlik daşıyan şəxslər və şəxsən nazir Mikayıl Cabbarov hərdən vicdanlarının səsinə qulaq assalar yaxşı olmazmı?”. "Demokratik.Az”-a danışan valideynlərin bir çoxunun müraciətini nəzərə alıb, rayon mərkəzində fəaliyyət göstərən S.Vurğun adına 3 saylı tam orta məktəbdə "alovlanmaqda” olan süni problemlərə diqqət çəkməyi özümüzə borc bilirik. Məlumata görə, məktəb son illər direktor Rüxsarə Atayevanın kaprizlərindən, səriştəsiz idarəçiliyindən əziyyət çəkir. Xanım məktəb direktoru əsas işlərini sanki unudaraq, daha çox pul-para qazanmaq eşqi ilə təhsil müəssisəsini kommersiya strukturu kimi idarə etməyə başlayıb. Aşağı sinif şagirdlərində bu məktəbin məzunu olmaq marağı öldürülüb. Direktorun hərc-mərclik oyunları mütamadi olaraq pedoqoji kollektiv arasında da qarşıdurmalara yol açıb. Direktor səhər saatlarında öz iş otağına daxil olur, demək olar ki, iş saatının sonunadək rahatlığını pozmur. Aldığımız məlumata görə, məktəbdə biabırçı olaylar baş verir. Belə ki, bu ilin əvvəlinədək ibtidai sinif otağı kimi istifadə olunan bufet əsl başağrısına çevrilib. Təsəvvür edin ki, direktorun və oğlunun kurasiyasında olan bufetdə saqqız satışına, vitrinlərdə uşağın sağlamlığına zərərli olan soklara, çipsi-layslara, növ-növ suxariklərə də rast gəlinir. 20 qəpikdən ucuz olmayan qutablar isə günlərlə qaynayan yağda bişirilir. Arabir məktəbin ikinci mərtəbəsindən, öz iş otağından uşaqların bufetdəki alış-verişini diqqətdə saxlayan direktor hər gün şagirdlərinə satdığı saqqız və çipsinin qazancını hesablayır. Gününü məktəbin bufetində keçirən oğlu isə, zərurət yarananda məktəbin həyətindən "mama, ay mama” qışqıraraq haray salır. Cavabında ya; "çipsimiz qurtarıb, ya da saqqız lazımdır” deyir. Biabırçılıqdır. Bufetin alış-veriş işləri məktəbin "ağsayan" əsas işlərini rəhbərə unutdurub. Bufetin açılması 4-cü sinif uşaqlarının 1 aydan artıqdır ingilis dili dərslərinin keçirilməsinin də qarşısını alıb. Qeyd etdiyimiz kimi, bufet ötən il sinif otağı olub. Hazırda sinif çatışmazlığı olduğundan, məktəbin ibtidai siniflərində müvafiq qaydada aparılan xarici dil tədrisi sıradan çıxıb. Daha maraqlısı odur ki, müəllimlər dərs keçmədən maaş ala bilib və buna aidiyyatı üzrə nəzarət həyata keçirilməyib. Hesab etmək olar ki, uşaqlara bu dərs keçirilməyibsə, xarici dil müəllimlərinin maaşı dövlət büdcəsinə geri qaytarılmalıdır. Bundan başqa, bufetin fəaliyyəti yanaşı siniflərdə də dərs prosesinin aparılmasına maneələr törədir. Hər halda, redaksiya bu özbaşınalıq barədə TN-nin Regional Hesablama Mərkəzinə müraciət etməyi planlaşdırır. Deyərlər ki, ayaqyolu da bir mədəniyyətdir. Oxucularımızdan üzr istəyirik və təəssüflə bildiririk ki, bu məktəbdə ayaqyolu mədəniyyəti də Rüxsarə Atayevanın maddi maraqlarına qurban gedib. Hələ ötən ildən nə yuxarı sinif şagirdləri, nə də ibtidai sinfin uşaqları məktəbin ayaqyolusundan lazımınca istifadə edə bilmir. Ayaqyolu aylarla təmizlənmir, natəmilikdən üfunətin qoxusu bütün məktəb ərazisini bürüyüb. Qızlara aid hissədə isə tamamilə sanitar qovşaq işləmir. Ayaqyolunun içinə girmək şagirdlərdə xüsusi cəsarət və məcburiyyət məsələsidir. Məktəbdəki təlim-tərbiyyənin "düzgün təşkili” də ayaqyolunun divarlarında yazılan üzdəniraq biabırçı sözlərlə öz əksini tapır desək doğru olardı. Görünür, direktor özünün və övladının istifadə etmədiyi bərbad ayaqyolunu məktəbin şagirdlərinə və müəllimlərinə rəva görür. Direktorun belə məsələlərə loyal münasibəti sizcə onun böyüklüyüdür, yoxsa acizliyimi, səriştəsizliyimi? Bizə görə, birmənalı olaraq Rüxsarə Atayeva təhsil ocağında özünün maraqları naminə direktor olub. Onu indiki şəraitdə nə məktəbin, nə də şagirdlərin taleyi maraqlandırmır. Məktəbdə müxtəlif adlar altında (fondpulu-red) pulyığımı kampaniyalarına, qırıq pəncərələrə şüşə tapmayan məktəbin təsərrüfat işlərindəki əyrintilərə isə hələlik toxunmuruq. Bildirək ki, adıçəkilən direktor özünü Göygöl TŞ-nin müdiri Elbrus Atayevlə qohum, əmioğlu kimi təqdim edir. Rüxsarə Atayeva birincinin təhsil müdiri təyinatınadək Rayon Uşaq yaradıcılıq və İnkişaf Mərkəzinin direktoru olub. Onun testdən keçmədən direktor işlədiyi də deyilir. İnanırıq ki, aidiyyatı məmurlar bu məktəbdəki biabırçılığa bir əncam çəkəcəklər.

Osman Nərimanoğlu ("Demokratik.Az")

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam