Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

5 yaşayış məntəqəsinin yolu yenidən qurulur(VİDEO/FOTO)

 

Quba rayonu II Nügədi-Rustov avtomobil yolunun əsaslı şəkildə təmiri işlərinə başlanılıb.

Yenixeber.org: “Azəravtoyol” ASC-dən verilən məlumata görə, II Nügədi-Rustov avtomobil yolunun uzunluğu 8 km, hərəkət hissəsinin eni isə 7 m təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənara daşınır. Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə, yolun 50 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.

Aparılan işlər zamanı Rustov kəndinin girişində, Caqacuq çayı üzərində yerləşən və 110 metr uzunluğa malik avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, piyada səkisi ilə yolun hərəkət hissəsini ayırmaq məqsədi ilə xüsusi beton bordyurlar quraşdırılacaq, körpüdə əlavə bərkitmə işləri görüləcək və üstü asfaltlanacaq.

Bütün işlər texnloji ardıcıllığa riayət edilməklə “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması xətləri çəkiləcək.

Qeyd edək ki, sözügedən avtomobil yolunun əsaslı şəkildə təmiri ilə 5 yaşayış məntəqəsinin (II Nügədi, Püstəqasım, Dəhnə, Güneyməhlə və Rustov kəndləri) təqribən 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. (trend)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?