Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

 

Yenixeber.org: Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” , “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemləri, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla növbəti səyyar-qəbul görüşü məcburi köçkünlərin məskunlaşdıqları 5 Zobucuq qəsəbə sakinləri ilə keçirilmişdir. Üçüncü Zobucuq qəsəbəsində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun xidmət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq keçirildiyini bildirmişdir. Alı Alıyev Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərin işıq, su, qaz və digər sosial qayğıları tam həll olunduğunu, əhalinin məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini vurğulayıb. Qeyd edib ki, qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur. Bu yaxınlarda əhalinin öz kənd təsərrüfatı məhsullarını satmaları üçün yeni kənd təsərrüfatı məhsullarınını satışı yarmarkası istifadəyə vrilib. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyatyani və pay torpaqları, o cümlədən örüş-otlaq sahələri ilə təmin ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri qəsəbə sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib

Füzuli RİHB Alı Alıyev növbəti səyyar-qəbul görüş keçirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam