Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Apteki, bazarı, “zapravka”sı olmayan rayon -XIZI

xiziAzərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür.

Xeberinfo.com:   16 370 nəfər əhalisi olan rayonda nə aptek var, nə yanacaqdoldurma məntəqəsi, nə də bazar. Rayonun hər kəndində 1 və ya 2 nəfər paytaxt Bakıdan və ya Sumqayıtdan ən çox istifadə olunan (qrip əyehinə, ağrıkəsici və s.) və ucuz dərmanları alır və öz evində kənd camaatına satır. Digər dərmanları isə Bakı və Sumqayıta gedən olsa, onlara sifariş edirlər. Evlərdə dərman satışı gizli şəkildə həyata keçirildiyindən, çox adamın xəbəri olmur.

Benzin isə əsasən evlərdə satılır. Bu məsələ də evlərdə dərman satışı kimi tənzimlənir. Kimsə kauçuk butulkalara benzin doldurur və öz evinə gələn sürücüləri yanacaqla təmin edir.

Xızı rayonunda taksi sürücüsü işləyən Mehman adlı şəxs əməkdaşımızla söhbətində benzin üçün kiminsə qapısına getməli olduqlarını deyir:”Məsələn, mən taksi  sürücüsü işləyirəm, hamımız insanıq, yadımdan çıxsa, benzin vurmasam, yolda qalacam. Bu boyda rayonda bir “zapravka” yoxdur ki, maşını ora kimi çatdırasan”.

Taksi sürücüsü rayonda aptekin olmamasından da danışıb: “Burada nə var ki, aptek də olsun? Heç nəyimiz yoxdur. “Zapravka” yoxdur benzin vuraq, aptek yox dərman alaq. Xəstələnəndə gözləyirik ki, şəhərə gedən olsun, dərman alıb gətirsin, o gələnə kimə xəstəmiz ölməsin. Benzini də qonum-qonşuda butulka ilə satırlar. Gedib elə alırıq”.

Xızı kəndlərindən birində öz evinin qarşısında benzin satışıyla məşğul olan Əliheydər kişi isə deyir ki, çörək pulunu bu yolla qazanır: “Əvvəl Xızı Rayonunun Polis rəisi İsmayıl idi, onun vaxtında yanacaq doldurma məntəqəsi var idi. O gedəndən sonra bağlandı. İndi məntəqənin özü var, amma işləmir”.

(BakiPost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam