Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Qanunsuz dini yığıncağın qarşısı alındı -23 nəfər saxlanıldı (Zaqatalada)

Zaqatala rayonunda qanunsuz dini yığıncaq keçiriən şəxslər saxlanılıb.

Xeberinfo.com:   Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə, yığıncaq rayonun Əliabad qəsəbə sakini Həmid Şabanova məxsus həyətyani sahədə yerləşən tikilidə keçirilib.

Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ünvanda H.Şabanov və həmyerlisi Mehman Ağammədov, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə, qanunla qadağan olunan dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Onlar saxlanılıb, sonra izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və ekspertiza edilməsi üçün DQİDK-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam