Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şəki bazarında yanğın

sheki_yangin_121016_04

Şəki şəhərinin mərkəzi bazarında yanğın hadisəsi baş verib.

Xeberinfo.com:  Məlumata görə, yanğın hadisəsi ilk olaraq bazarın ət satılan hissəsinin qarşısındakı paltar mağazasından başlayıb və alovun miqyası böyüyərək digər mağazalara da keçib.

Paltar mağazasında qısaqapanma baş verib və nəticədə yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını almağa çalışsalar da, yanğını söndürmək hələlik mümkün olmayıb. Əhalinin təhlükəsizliyi üçün əraziyə polis əməkdaşları da cəlb edilib.

Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) canlı qüvvəsi və texnikası ilə yanaşı, Qax və Yevlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.
Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam