Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kütləvi zəhərlənmə: 22 nəfər xəstəxanalıq oldu - Göyçayda

yardimÖtən gün Göyçayda yenə toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Xeberinfo.com:  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev açıqlamasında deyib ki, kütləvi qida zəhərlənməsi faktı rayonun Qaraməryəm kəndində keçirilən “palatka” toyunda qeydə alınıb.

İ. Abdullayev bildirib ki, hadisə zamanı 12-si uşaq olmaqla ümumilikdə 22 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib: “ Onlardan 16 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 6 uşaq isə Göyçay rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Xəstələrə tibbi yardım edildikdən sonra hamısı evə buraxılıb”.

İ. Abdullayev qeyd edib ki,  toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələr laboratoriya müayinəsi üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib: “ Zəhərlənmənin dəqiq səbəbi laboratoriya nəticələri bəlli olduqdan sonra dəqiqləşəcək, amma ilkin ehtimala görə, bu toyda da zəhərlənmə qida çirklənməsinə görə baş verib”. (lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam