Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Müxalifətçi qız necə məktəb direktoru oldu? - SABİRABADDA

Müxalifətçi qız necə məktəb direktoru oldu?

 

Maliyyə Müfəttişliyinin rəisi Elxan Əsədovun qızı Könül Əsədovanın rayonun ən aparıcı məktəbinə rəhbərlik etməsi hamını təəccübləndirib

Xeberinfo.com:  Məlum olduğu kimi, Təhsil Nazirliyinin təşəbbüsü ilə bu ilin aprel ayında direktor olmaq istəyən müəllimlərlə bağlı imtahan keçirildi. Amma bu imtahan Sabirabadın icra başçısı Nazim İsmayılov üçün arzu olunmaz idi. Çünki, imtahanlarda yüksək nəticələr əldə edənlərin “xahişi” edilməyib. 

Politika.Az-a daxil olan məlumata görə, bu məqsədlə 16 məktəbin əldən çıxmasına yol verməmək üçün İsmayılov rayon Təhsil şöbəsi müdirinin müavini Azər Quliyevlə iş birliyinə girib. «Azər də bu “oyun”dan qazanclı çıxacağını fikirləşib, gözaltı elədiyi “pullu-paralı” direktorluğa namizədləri bir-bir İsmayılovla görüşdürüb. Azər Quliyev boş qalmış şöbə müdiri vəzifəsini tutmaq üçün böyük canfəşanlıq göstərib. Amma yerinə başqası təyinat alıb. Elə birinci görüşündə Azər başçıya onun “xeyir-dua”sıyla təhsil üzrə regional maliyyə mərkəzinin müdiri olmuş Elxan Əsədovun qızı Könül Əsədovanı təqdim edib». 

Məlumata görə, texnikom təhsilli Elxan 4-5 il əvvəl Mədəniyyət Şöbəsinin mühasibi işləyəndə, yəni 60 yaşı olanda Rusiyadan özünə saxta diplom “düzəltirə” bilmişdi. «65 yaşlı bir şəxsin yenicə yaradılmış regional bir vəzifəyə irəli çəkilməsinə uzun illər onunla birgə işləyən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov dəllallıq edib. O, bu işə dostu Prezident Admistrasiyasının Sabirabad üzrə kuratoru İbrahim Mustafayevi, əslən sabirabadlı olub hazırda Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri olan Rauf Orucovu cəlb edib. Başda Nazim İsmayılov olmaqla bu üçlük saxta diplomli, 65 yaşlı birisinə “dayı”lıq ediblər». 

Mənbələr qeyd edirlər ki, bu oyunbazlıqdan sonra başçı Nazim İsmayılov onun qızı Könül Əsədovaya da “xeyir-dua”sını verib.«Onu qəbul edəndə cəmi 5 ay Nızami Gəncəvi adına məktəbdə yarım ştatla işlədiyini, kollektiv arasında intiriqaçı, nevroz kimi xarakteriza olunduğunu vecinə almayıb. Hətta bu xanımın YAP-ın üzvü olmamasına belə əhəmiyyət verməyib». 

Məlumat verənlər bildirirlər ki, Sabirabad da hər kəs bu ailəni dövlətçilikdən uzaq, qatı müxalifətçi kimi tanıyır. «Diqqət yetirin, ata Elxan məşhur müsavatçıdır. Könülün əri Ağayev Azər Mirələm oğlu qatı müxalifətçidir. Bütün seçkilərdə İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin və keçən il isə parlament seçkilərində Pənah Hüseyinin müşahidəçisi kimi YAP-çıların başına oyun açıb».

Vurğulanır ki, artıq Könül Əsədova Nizami Gəncəvi adına məktəbin direktorunu əvəz edir. «Lakin Lənkəranda ali təhsil alan Könül Təhsil Nazirliyinin imtəhanından keçə bilmədiyi üçün başçını pis vəziyyətdə qoyub. Çarəsiz qalan Nazim İsmayılov indi bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsi ləkələməklə onu direktorluqdan kənarlaşdırmaq istəyir. Bununla o nazirlikdə biliyi ilə qalib gələn direktor barəsində pis rəy formalaşdırmaq və nəticədə onun müsahibə mərhələsindən keçməməsi üçün bütün kanallarını işə salıb. Axı niyə də salmasın, ortada 30 min var. Bu məqsədlə başçı nazirə məktub yazmaqdan belə çəkinməyib».

Məlumat verən şəxslər qeyd edirlər ki, Nizami Gəncəvi adına 5 saylı məktəbin kollektivi isə ciddi narahatdır. «Psixoloji cəhətdan səhhətində problemlər olan bu xanımın iki aylıq “direktorluğu” dövründə məktəb bərbad vəziyyətə düşüb. Artıq valideynlər yeni dərs ilində uşaqlarını bu məktəbdən çıxarmaq barədə düşünürlər». 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam