Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Kürdəmirdə “Son Zəng” tədbirləri xüsusi təntənə ilə qeyd olundu - FOTOLAR


 

Bu gün Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Kürdəmir rayonunun orta ümumtəhsil müəssisələrində də “Son Zəng” tədbirləri keçirilib.

 

Xeberinfo.com: Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəb-liseyində keçirilən “Son Zəng” tədbirində iştirak edib.

Son zəng mərasimini giriş sözü ilə açan məktəbin direktoru Elnur Məmmədli məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində əldə edilmiş naliyyətlərin Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyin parlaq təcəssümü olduğunu, ölkə rəhbəri tərəfindən aparılan nəhəng quruculuq işlərində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni məktəb binalarının tikilərək istifadəyə verilməsinə, onların ən müasir avadanlıq və komyuterlərlə təchizinə xüsüsi diqqət verildiyini vurğuladı.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək , müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar bayram günü münasibətilə təbrik etdi, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzuladı, ölkə rəhbəri cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən  Respublikamızda  təhsil  sahəsində  aparılan  işlər və bu qəbildən Kürdəmir rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı.

Daha sonra məktəbin müəllimləri,valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və onlara müstəqil həyatda uğurlar arzuladılar.

Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olundu.

 

 Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara verdilər, bu ilki birincilərə hədiyyələr təqdim etdilər





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam