Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kürdəmirdə Çernobıl iştirakçıları ilə görüş keçirilib - FOTOLAR



Bu gün rayonun Heydər Əliyev Mərkəzində Çernobıl faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Xeberinfo.com:  Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Fərəc Dadaşov, Çernobıl Əlilləri İttifaqının Kürdəmir rayon bölməsinin sədri Umudvar Xəlilov, bir qrup Çernobıl əlili və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər-çiçək dəstələri düzdülər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi  uğrunda  şəhid olanların və Çernobıl faciəsi qurbanlarının  əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq qeyd etdi ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və Prezident İlham Əliyev cənablarının fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.

Tədbirdə Kürdəmir rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Fərəc Dadaşov, Çernobıl Əlilləri İttifaqının Kürdəmir rayon bölməsinin sədri Umudvar Xəlilov çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərova minnətdarlıqlarını bildirdilər.

 

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl iştirakçılarına pul mükafatı verildi.

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam