Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Füzulidə yas mərasimləri islami qaydalara uyğun keçirilir - FOTOLAR

 

Füzuli rayonunda artıq iki ilə yaxındır ki, yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israf edilmədən islami qaydalara uyğun keçirirlir.

Xeberinfo.com:  Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Rayonun bütün yaşayış məntəqələrində yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır Ötən müddət ərzində insanlar istər şifahi, istərsədə yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər. Əhali birmənalı olaraq yas mərasimlərinin bu cür sadə təmtəraqdan uzaq keçirilməsini alqışlayır və dəstəkləyir.

        Rayonun Axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islamı qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.  Bildirir ki, əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 400-500 manatla yola vermək olar. Qeyd edir ki, son 1 il 8 ay arzində rayonda 400-ə yaxın yas mərasimi olmuşdur. Həmin yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilmişdir. Nəticədə orta hesabla rayonda 1,7 - 1,8 milyon manata qənaət olunmuş, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf etmişlər.  

Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Ehsan sadəcə yemək süfrəsindən ibarət deyildir. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin yemək üçün xərclənəcək vəsaiti onlarla xeyriyyə işlərinə sərf edə bilər bilər.

        Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin məhz ictimai və sosial sifariş olması qənaəti formalaşıb.

 

Yas mərasimlərinin keçirilməsi ilə bağlı islamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. 















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam