Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İcra başçısının "zebra" əyləncəsi

 

Müstəqim Məmmədov boş vaxtlarını rayondakı zolaqlı heyvanların fermasında keçirir 

Xeberinfo.com:   Tərtərin İcra başçısı Müstəqim Məmmədovun son dövrlər maraqlı əyləncəylə məşğul olduğu üzə çıxıb. Jam.az-a verilən məlumata görə, icra başçısının həmin əyləncəsi zebralarla bağlıdır. 

Belə ki, Tərtər rayonunda hazırda zebraların saxlanıldığı və artırıldığı ferma fəaliyyət göstərir. Azərbaycanda nadir olan bu təsərrüfat Müstəqim Məmmədovun sters atması üçün alternativsiz məkanına çevrilib. İddialara görə, icra başçısı həftədə ən azı bir dəfə zebraların oynaqlaşmasını seyr etməyə gəlir. 

Məlumata görə, Müstəqim Məmmədov zebra fermasına qədəm qoyan kimi, onu əsl xan kimi qarşılayıb, şərəfinə ov heyvanlarının ətindən hazırlanmış yeyib-içmək məclisi təşkil olunur. 

Məlumatlarda qeyd olunur ki, zebra fermasının sahibi Tərtər rayonunda sakit və problemsiz fəaliyyət göstərməsi üçün bəzi addımlar da atıb. Məsələn, onun Müstəqim Məmmədovun könlünü xoş etmək üçün ona bir neçə zebra bağışladığı da vurğulanır. Deyilənlərə görə, Tərtərin icra başçısı öz heyvanlarına xüsusi qulluğun edilməsini tapşırıb. 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam