Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Rayon sakinləri: "İcra başçısı baş monapolistdir"

Şəmkir camaatı da narazıdır: "Bizdə icra başçısı baş monapolistdir"
Redaksiyamıza müraciət edən Şəmkir sakinləri son günlər manatın dəyərdən düşməsindən sonra müşahidəolunan sosial problemlərin ən ağrılı formada Şəmkirdə hiss olunduğunu deyirlər.

Xeberinfo.com:   Narazı şəmkirlilər redaksiyamıza yazır: "Bizdə icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qısa müddət ərzində elə bir sistem qurub ki, hər şey onun nəzarəti altındadır. Bizdə icra başçısı baş monapolistdir. Qiymətləri özü qaldırır, özü salır. Çünki əsas topdansatış yerləri başçının nəzarəti altındadır.

Şəmkir camaatı isə başçının qiymətləri şəxsən qaldırmasını heç də sükutla qarşılamır. Rayonda narazılıq ən yüksək həddə çatıb. Əsəblər tarıma çəkilib. Hər an partlama ola bilər. Əgər "yuxarılar" başçıya qarşı tədbir görməsə, vəziyyət gərgin ola bilər".

Biz xeberinfo.com vasitəsilə cənab Prezidentimiz İlham Əliyevə müraciət edirik:

"Hörmətli Prezident! Hər zaman inanmışıq ki, Sizin bütün addımlarınız məhz bu xalqın maraqlarına xidmət edir. İndi də inanırıq. Və Sizdən xahiş edirik ki, Şəmkirdəki vəziyyəti nəzarətinizə götürəsiniz, qiymətləri süni şəkildə qaldıran icra başçısını və onun əlaaltılarını ən sərt formada cəzalandırasınız.

Misal üçün deyə bilərik ki, hazırda Şəmkirdə unun kisəsi 39-45 manata qədər bahalaşıb. Bu, isə camaatın məhvi deməkdir. Ümidimiz, sizsiniz"... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam