Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məktəblərdə “şagird alveri”

img1314538

Ağdam rayon Hacıturallı kənd orta məktəbinin keçmiş direktoru Sevil Qarayeva təhsil naziri Mikayıl Cabbarova, maliyyə naziri Samir Şərifova, Baş prokuror Zakir Qaralova şikayət ərizəsi ünvanlayıb.

Xeberinfo.com:   Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“Ağdam təhsilini bazara çevirən adamlar onsuz da ağır durumda olan rayon təhsilini daha acınacaqlı vəziyyətə salıblar. Rayonun 19, 34, 78, 85, 87, 93 saylı məktəblərinin şagirdləri olmadığı halda, “şagird alveri” əsasında fəaliyyətinə şərait yaradılır və külli miqdarda dövlət vəsaiti mənimsənilir. 2015-ci ilin sentyabr ayında Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev rayon sakini Səbahət Əmirovanı Təhsil Nazirliyi ilə razılaşdırmadan 87 saylı köçkün tam orta məktəbinə direktor təyin etmişdir.

Yenicə direktor təyin olunan Səbahət Əmirova da verdiyi 15 min manatı daha tez qazanmaq məqsədi ilə şagirdi olmadığı halda sinif komplektlərinin sayını artırmış, bununla yanaşı məktəbdə fənn müəllimlərinin xəbəri olmadan adlarına xəstəlik vərəqələri açdırır, hər ay xəstəlik vərəqinə verilən pulları mənimsəyir. Hətta sənəddə “müalicədə” olan müəllimlər həmin tarixlərdə sinif jurnallarını da özləri yazırlar. Məlumat üçün bildirək ki, Səbahət Əmirova əvvəllər rayonun 18 saylı köçkün məktəbində müəllim işləyib və məktəbşünaslıqdan heç xəbəri olmayan adam kimi tanınır. Səbahət Əmirova məktəbə direktor təyin olunduqdan sonra Rahil Allahverdiyevə 3 min manatdan pul verərək qanunsuz olaraq məktəbə 3 nəfər müəllim əmri almışdır. Sanki Ağdam təhsilindən Respublikanın xəbəri yoxdur. Bütün qanunsuz işlər 87 saylı məktəbdə baş verir.

Xahiş edirəm mənim iştirakımla məktəbdə yoxlama aparıb, qanunsuz xəstəlik vərəqələrini üzə çıxarasınız”.(AzPolitika.info)

Redaksiyadan:   Yazıda qeyd olunanlarla bağlı adları çəkilən şəxslərin və Təhsil Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam