Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Baş həkimin "çağırış" biznesi

 

Famil Zeynalovun rayon hərbi komissarlığıyla əlbir olaraq sağlam gəncləri hərbi xidmətdən yayındırdığı iddia edilir 

Bir müddət əvvəl Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovla bağlı mətbuatda gedən yazılarda onun ciddi qanun pozuntularına yol verdiyi, yerli sakinlərdən külli miqdarda pul alaraq, müalicə etdiyi vurğulanırdı. 

Xeberinfo.com:   Məlumata görə, Famil Zeynalovun bahalı avtomobilə, Bakıda bir neçə evə, habelə villaya sahib olması media tərəfindən ciddi şəkildə araşdırılsa da, gəlirin əsas mənbəyinin tapılması mümkün olmamışdı. 

Onu da vurğulayaq ki, baş həkimdən şikayətçi düşənlərin də sayı həddindən artıq çoxdur. Göyçay sakinləri vurğulayırlar ki, Famil Zeynalov pul verilməsə, sağlam adamı belə xəstəxanaya yıxıb onu xəstə edər. Hərçənd bütün bunların hamısı iddiadır və qarşı tərəf də maksimum dərəcədə bütün bunlara susur. 

Məlumata görə, Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovun əsas gəlir yeri hərbi xidmətdən yayındırmaqdan ibarətdir. Belə ki, o, Səfərbərlik və Hərbi Çağırış Dövlət Xidmətinin Göyçay rayon bölməsiylə əlbir şəkildə sağlam gəncləri hərbi xidmətdən yayındırmaqla məşğuldur. İddia edilir ki, bu işlərin müqabilində tərəflər 2000 manatdan çox vəsait alırlar və sənədləri «qaydasına» salırlar. 

İşin ən qəribə tərəfi odur ki, müxtəlif xəstəliklərlə hərbi xidmətdən yayındırılmış həmin şəxslərə sürücülük vəsiqəsi almaları üçün sağlamlıq arayışları verirlər. Verilən məlumatda qeyd olunur ki, Famil Zeynalovun adamları sürücülük vəsiqəsi üçün sağlamlıq arayışı almaq istəyənlərə standart qiymət qoyub: 100 manat. 

Xatırladaq ki, bu iddiaların hamısı Göyçay camaatı tərəfindən edilmiş şikayətlərdə də xüsusi yer tutur. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

 

Jam.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam