Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

Füzulidə Xocalı soyqırımı yad edildi

 

Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Füzuli rayonunda silsilə tədbirlər keçirilmişdir.

 "xeberinfo.com": Horadiz şəhər Mədəniyyət Sarayında Füzuli Dövlət Dram Teatrı gənc yazar Şəbnəm Tofiqqızının Xocalı faciəsindən bəhs edən “Taleyin bir üzü” adlı əsərinin əsasında səhnələşdirilən tamaşa nümayiş etdirmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından  danışmışdır. 

Bildirmişdir ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Alı Alıyev demişdir ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 22 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür.

Sonra “Taleyin bir üzü” adlı tamaşa göstərlmişdir. Füzuli Dövlət Dram Teatrının aktyorlar öz çıxışları ilə tədbir iştirakçılarının təsəvvüründə qanlı gecənin dəhşətini bir daha canlandırmışlar. Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiyada müharibənin dəhşətləri, qəhrəmanın iztirabları təsvir olunmuşdur. Əsər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, rayon İcra Hakimiyyəti tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına müvafiq olaraq rayonun bütün ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmış, sislilə tədbirlər keçirilmişdir.

26 fevral tarixində orta ümumtəhsil məktəblərində ilk dərs Xocalı soyqırımına həsr olunmuşdur.

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?