Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısı boş qalan vəzifəyə qiymət müəyyən edib

 

Balakən rayon təhsilindəki biabırçılıqlar, qanunsuzluqlar, rüşvətxorluq barədə ölkə mətbuatında kifayət qədər yazılıb.
"Xeberinfo.com":   Ona görə də yazılanları təkrarlamağa ehtiyac görmürük. Qısa xatırlatma üçün bildirək ki, rayon təhsil şöbəsinin müdiri Mahir Dibirovun fəaliyyətinin nəticəsi olaraq bəlli olub ki, bu sahədə 700 min manat yeyinti var. Kompüterlərin alınmasında, məktəblər üçün avadanlıqların alınmasında hesablar 3-4 dəfə şişirdilib. Ölən uşaqlara guya fərdi təhsil vermək adı altında on minlərlə pul silinib. Ərə getməyən müəllimələrə analıq məzuniyyəti və s. Balakən təhsilində adi hal sayılır. Bütün bunların üstü açılanda cinayət işi qaldırmamaq üçün Mahir Dibirov 330 min manat pul ödəyib. Qalan pulu isə ödəmək istəməyib. Dibirov bildirib ki, bu pulları mən tək yeməmişəm, qoy icra başçısı da qalan pulları ödəsin. Qafqaznews.az-a daxil olan məlumata görə, bu yaxınlarda rayon təhsil şöbəsinin müdiri Mahir Dibirov vəzifəsindən azad edilib. Onun boş qalan yerinə icra başçısı İslam Rzayev müdir axtarır. Ancaq təhsil şöbəsinin müdirinin yeri 150-200 min manata “hərraca” çıxarılıb. Bizə daxil olan məlumata görə, AzərYem Birliyinin direktor müavini Abdulla Abdullayev bu məbləği ödəyərək rayon təhsil şöbəsinə müdir gəlmək istəyir. Məlumat üçün bildirək ki, Abdulla Abdullayev rəhmətlik Əli Ansuxskinin adamı olub. Vaxtilə şəhər icra nümayəndəsinin müavini olub. Sonralar bir müddət qaçaraq Gürcüstanda gizlənib. Hazırda Abdulla Abdullayevə icra başçısının sağ əli olan Telman Bayramov himayədarlıq edir. Mənbənin məlumatına görə lazım olan “kağız-kuğuzu”da icra başçısına Telman Bayramov çatdırıb. Hazırda Təhsil Nazirliyi ilə söhbətlər gedir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam