Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yeni direktor sələfinin “ölənlərinə rəhmət oxudur”

 

                                

Ağdam Dövlət Sosial İqtisad Kolleci burulğandan qurtula bilmir   

 

“Xeberinfo.com”: Təhsil naziri Mikayıl Cabbarovun fəaliyyəti orta ixtisas təhsili müəssisələrində-kolleclərlə bağlı xüsusi ilə diqqətçəkicidir. Onun nazir təyin olunduğu gündən (19. 04. 2013) indiyədək daha çox kolleclərdə yoxlamalar aparılmış, müxtəlif dəyişikliklər edilmiş və üst-üstə 10-a yaxın məsul şəxs həbs olunmuş, bir o qədər də direktor kürsüsünə əlvida deməli olmuşdur. Kolleclərlə müqayisədə ali və orta məktəblərlə bağlı eyni sözləri demək olmaz.

Maraqlıdır, nədən cənab nazir kolleclərə xüsusi “qayğısı” ilə diqqəti çəkir? Dövrü mətbuatı izləməklə və apardığımız müşahidələrlə bu suala az da olsa aydınlıq gətirmək olar. Uzun illər texnikum adı ilə məşhurlaşan bu təhsil müəssisələri ilə bağlı ictimai rəy heç zaman birmənalı olmayıb. Ali məktəb tələbəsi adına bu və ya digər səbəbdən qovuşa bilməyənlər “heçə lənət” deyib kolleclərə üz tutublar. Bir-ikisi istisna olmaqla, kolleclərdə kadr hazırlığı da yumşaq desək qaneedici deyil. Görünür elə Mikayıl Cabbarovun kolleclərlə bağlı məlum mövqeyi də bu səbəblərdən qaynaqlanır...

Əldə etdiyimiz məlumata görə Ağdam Dövlət Sosial İqtisad Kolleci də cənab Cabbarovun “qayğısından” kənarda qalmayıb. Son illər bu təhsil müəssisəsində ardıcıl olaraq müxtəlif qalmaqallar, kriminal gəlişmələr müşahidə olunmaqdadır. Belə ki, əvvəlki direktor Fəxrəddin Zamanovun dövründə də bu təhsil müəssisəsi ilə bağlı ziddiyyətli məlumatlar dolanırdı. O zaman da dövrü mətbuatda tədrisin səviyyəsindən tutmuş, saxta diplom alverinə qədər kəskin ittihamlar səslənirdi. Nəhayət zaman gəldi, cənab Zamanov postundan uzaqlaşdırıldı. Çoxları ümüd edirdi ki, Zamanovdan fərqli olaraq, yeni direktor Natiq Cavadov kolleclə bağlı bütün problemlərin həllinə nail ola biləcək. Daha doğrusu, ən azı bu istiqamətdə çarpışacaq. Amma, ... yeni direktor sələfinin “ölənlərinə rəhmət oxudur”. Bu haqda sonra.

Hələlik isə bu kollec haqqında qısaca olaraq: Ağdam Dövlət Sosial İqtisad Kolleci 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumları birləşdirilərək onların bazasında yaradılmışdır.

Kollecdə beş ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün), Təsviri incəsənət müəllimliyi, Maliyyə işi, Nəqliyyatda daşımaların təşkili, Yol hərəkətinin təşkili.

 

Özlərindən başqa heç kimə lazım olmayan bu ixtisasları sadalamaqda məqsədimiz heç də Ağdam Dövlət Sosial İqtisad Kollecini reklam etmək deyil. Məqsədimiz oxucularımızda bu kollecdə tədrisin səviyyəsi, kadr hazırlığı ilə bağlı aydın təəssürat yaratmaqdır. Redaksiyamıza daxil olmuş məlumatlar və apardığımız müşahidələr bu kollecdə orta ixtisas səviyyəli kadrların hazırlanmasına şübhələr doğurur. Tədrisin səviyyəsi bir yana, minimum maddi-texniki bazadan da danışmaq çətindir. Bütün bunlarla bağlı qarşıdakı günlərdə geniş yazmağa çalışacağıq.

                                     

                       Natiq Cavadovun özəlliklərindən... 

 

İlkin olaraq onu qeyd edim ki, Natiq Cavadov bu vəzifəyədək Gəncə Aqrar Universitetində məsul vəzifədə çalışıb. Vəzifə daşımaqla bərabər, həm də elmi fəaliyyətdə olub. İndi isə onun bu vəzifədən və elmi fəaliyyətdən kənarlaşıb, əyalətdə kirayə yaşamaqla razılaşması da diqqətçəkicidir...

Natiq müəllim həmkarları arasında kifayət qədər cəsarətli, qorxmaz biri kimi tanınır. Son zamanlar müxtəlif kolleclərin məsul şəxslərinin həbs və vəzifələrindən kənarlaşdırılması dalğası belə, onun cəsarətinə təsirsiz ötüşür. Semester imtahanlarından, qayıblardan, daha nə bilim nələrdən para qazanmaq bir yana, təsəvvür edirsinizmi, onun adı ilin-günün bu vaxtında saxta tələbə qəbulunda hallanır. Dərsə gecikənlərin cərimələnməsi də öz yerində. Təsəvvür edə bildinizmi? Başa düşürəm çətindir, bundan ötrü necə deyərlər “adam gərək qurd ürəyi yemiş olsun”. Hörmətli Natiq Cavadovun bu kimi əməlləri ilə bağlı mətbuatda ara-sıra yazılıb.  

Amma, ... son illər Ağdam Dövlət Sosial İqtisad Kolleci və direktor Natiq Cavadovun “başı üzərində qara buludlar dolanmaqdadır”. Məlumata görə son zamanlar  direktor 5-6 dəfə hüquq-mühafizə orqanlarının “qonağı” olmalı olub. Natiq müəllim məlum peşəkarlıq və statusu sayəsində “qonqlıqdan üzüağ çıxa bilib”. Onun elmi vəzifəsi və müəyyən təltifləri bugünə kimi öz rolunu oynayıb. Bugünə kimi, ... limit tükənib.

Bu kollecdə son yaşananlar və direktorun narahatlığı ilə bağlı “xeberinfo.com”a maraqlı məlumatlar daxil olub. Hələlik müəyyən yanlışlıqlar olar deyə, bu məlumatlardan geniş yaza bilmirik.

Yalnız onu qeyd edək ki, məlumata görə qısa zaman da olsa, Mikayıl Cabbarovun Natiq Cavadovla bağlı layihəsi sona çatmaqdadır. Artıq nazirin lazımı dairələrdə kollec direktoru ilə bağlı lazımı rəyi formalaşdırdığı da bildirilir. Yaxın günlərdə konkret addımın atılacağı da gözlənilir.  Məlumata görə çoxları kimi, Natiq müəllim özü də bunun fərqindədir və vəziyyətdən çıxış yolu arayır...

Biz yazı dərc olunmazdan öncə Natiq müəllimlə telefon əlaqəsi yaradıb, onu da dinləmk istədik. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz qaldı.

Mövzunun davamı olacaq.

 

 

Zaman 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam