Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

JURNALİSTLƏRİN BİNASINDA "ÇİN ƏMƏLİYYATI" - Külli miqdarda yeyinti aşkarlandı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, yoxlamalar zamanı külli miqdarda vəsaitin mənimsənildiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirilib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib. Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.

Bütün bunlardan sonra tikintini həyata keçirən “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub. (BakuPost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam