Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Mudafiə Nazirliyinin Maddi Texniki Təminat baş idarəsində nələr baş verir?

Və ya mülki şəxs polkovnikləri ordudan necə uzaqlaşdırdı?

         

Yenixeber.org: Azərbaycanın Silahlı Qüvvələri dövlətimizin onurğa sütunudur. Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzda aparılan islahatlar yalnız onu deməyə əsas verir ki, biz düşmən üzərində qələbə qazanmağa həmişə hazırıq.

Lakin ordumuz nə qədər qapalı olsa da, son illərdə həm silahlanma, həm də təminat baxımından nə qədər inkişaf olsa da, milli maraqlarımıza, ordumuza zərbə vurmaq istəyində olan xain xislətli insanlar çirkin niyyətlərini həyata keçirmək üçün hansısa yollarla ordu sıralarına qəbul olmağı bacarırlar.

Söhbət açacağımız şəxs də Azərbaycan Ordusuna qənim kəsilənlərdən biri olub. Hansı niyyətlə Silahlı Qüvvələrə qəbul olunmağına özünüz qiymət verəcəksiniz, əziz oxucu! Beləliklə, elchi.az-a daxil olan maraqlı məlumatla siz də tanış olun. İçlərində polkovniklər də daxil olmaqla vicdanlı zabitləri şərləyərək, ordudan uzaqlaşdıran bu mülki şəxs haqqındakı faktları siz oxuyun:

“2015 ci ilin sentyabrında Mudafiə Nazirinin Maddi Texniki Təminat üzrə müavini – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi dəyişdirildikdən 3 gün sonra orda Azad Salamov adında polkovnik-leytenant peyda olur və bu adam peyda olduqdan 3 ay sonra da müəmmalı gəlişi kimi, müəmmalı da gedişi olub yoxa çıxır. Lakin ordudan getdikdə Müdafiə Nazirinin “Zabit və gizirlərin dərəcələnməsi haqqında” əmrinə zidd və həm də saxta olaraq 1 ay geri tarixə (2016-cı ilin yanvar ayı olmasına baxmayaraq, 2015-ci ilin dekabr ayına sənədləşdirməklə) “1-ci” və “usta” dərəcələri alması əmrini nazir muavini general Fuad Məmmədova imzalatdırmış və elə o zamandan da dövlət büdcəsinə hər ay 500 manat ziyan vurmaqla pensiyasını saxtakarlıqla artırmışdır.

Redaksiyamıza daxil olan məlumatda daha sonra qeyd olunur ki, müəyyən vaxt keçdikdən sonra ordudan tərxis olunmuş Azad Salamov yenidən Müdafiə Nazirliyinin Maddi Texniki Baş İdarəsində peyda olur:

“Azad Salamov dövlətdən yüksək pensiya almasına baxmayaraq (müəyyən hissəsi saxta sənədlərlə artırılmış) general Fuad Məmmədov onu zabit vəzifəsində mülki şəxs kimi oturtmuşdur. Halbuki bu sərəncama imza atan nazir müavini Fuad Məmmədov özü də illər öncə zəif xarakterli və xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə xəbərdarlıq almış, buna görə hətta iki dəfə rütbəsi də alınmışdır.

Azad Salamovun ora təyinat aldığı gündən 30 aprel 2020-ci il tarixinə kimi Silahlı Qüvvələrimizdə illərlə hazırlanmış, peşəkar ixtisaslı zabitlərimiz xidmət müddətlərinin bitməsinə 7-10 il qalmasına baxmayaraq, polkovnik və polkovnik- leytenant rütbələrində ordudan uzaqlaşdırılıblar. Azad Salamovun fitnə-fəsadı ilə razılaşdırılmış Fuad Məmmədovun istəyi Ümümmilli Liderimiz Heydər Əliyevin yaratdığı hərbi məktəbin yetirmələri olan ən istedadlı zabitlərimizin karyerasını məhv elədi, onların Vətənə, ordumuza verəcəyı töhvələri darmadağın etdi.”- deyə redaksiyamıza daxil olan məlumatda bildirilr.

Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, Mudafiə Nazirliyinin Maddi Texniki Təminat baş idarəsində təkcə 2018-2019-cu illərdə beş nəfər polkovnik və ondan dəfələrlə çox polkovnik-leytenant, mayor və başqa rütbələrdə zabitlərimiz Azərbaycan Ordusundan uzaqlaşdırılmışdır:

“Yersiz və həqiqətə uyğun olmayan səbəblərlə tərxis olunan zabitlərin yerinə Azad Salamovun “aradüzəldənliyi” və Fuad Məmmədovun “xeyir-duası” ilə təqdimatı verilən savadsız, xaraktercə zəif zabitlər təyin olunur. Azad Salamov yalnız ona müticəsinə tabe olanların təqdimatını hazırlayıb Fuad Məmmədova ötürüb. Müdafiə Nazirliyinin Avtomobil texnikalarının istismarı haqqında müvafiq əmrinin tələbləri də polkovniklərə “tələ quran” mülki şəxs tərəfindən dəfələrlə pozulub. Mülki şəxs olan Azad Salamova “xidməti” maşın ayrılmış, sürücü təyin olunmuş və bu azmış kimi başqa bur MAXE xidmətdən yayındırılaraq şəxsi maşını ilə birgə Azad Salamavun Xırdalanda yerləşən evinin qapısında əmrə müntəzir saxlanılmışdır.”-deyə məlumatda qeyd olunur.

“Maddi Texniki Təminat Baş İdarəsində söz sahibinə çevrilərək, idarəçiliyi əlinə almış və əksəriyyət tərəfindən “xain” ayaması ilə tanınmış Azad Salamov nə qədər mənfur əməllərlə məşğul olsa da, əlahəzrət ədalətin qılıncından qaça bilmədi və bu yaxınlarda qanunlarımızın aliliyi onu da tapdı. Azad Salamovun naqis əməlləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev və Müdafiə Naziri Zakir Həsənova da çatdı. Ordumuzda belə bir saxtakar işlərlə məşğul olan şəxs “Qanun naminə” filmindəki “Qaloş” obrazını xatırlatdı lap. Silahlı Qüvvələrimizə altdan-altdan soxulmuş bu adam ifşa olunaraq və dərhal da haqqında araşdırma təyin edilərək işdən qovuldu.”-deyə redaksiyamızı məlumatlandıran mənbə bunları qeyd edir.

Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin dediyi tarixi kəlam burda lap yerinə düşür: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.(elchi.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam