İşsiz qalan ermənilər axır ki, qayıtmaq üçün Ermənistan Xarici İşlər Nazirliyinə müraciət ediblər

Yenixeber.org: “News.am” saytı xəbər verir ki, Ermənistan hakimiyyəti yüzə yaxın soydaşının İstanbuldan gətirilməsini təşkil edib. Artıq yola salınan 100 nəfər erməni dörd avtobusla göndərilir.

“News.am”ın müxbirinə açıqlama verən Türkiyədə qanunsuz işləyən erməni qadınlardan biri Naira Harutyunyan bildirib ki, altı il Türkiyədə işləyib: “Mən qeydiyyatdan keçmiş işçi deyildim. İşsiz və maaşsız qaldıq, iş yeri bağlandı, evdə 27 gün qaldım və Xarici İşlər Nazirliyinə müraciət etmək qərarına gəlim. Bizə Türkiyədəki əlaqə yaradıldı, yığılmağımıza və geri qayıtmalarımıza kömək etdilər”.

Naira Harutyunyan, Ermənistana gəldikdən sonra karantin alınacağından xəbərdar olduqlarını söyləyib: “Biz infeksiyanın ciddiliyinin fərqindəyik və heç kim ailəsinin üzvlərinə yoluxmaq istəmir. Biz bütün qaydalara əməl edəcəyik”.

Erməni saytı Türkiyədə qanunsuz yaşayan və işləyən ermənilərin guya hökumətin vasitəsilə qaytarıldığını yazsa da, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onların təxliyəsinə yardım etdiyi barədə xəbər yayılmışdı. Qeyd edək ki, Ermənistanın Türkiyə ilə heç bir diplomatik münasibəti, konsulluğu yoxdur. Çox güman ki, ermənilərin təxliyəsi Gürcüstanın diplomatik kanalları ilə təmin edilib.

Xatırladaq ki, bir neçə il bundan qabaq prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində 70 min erməninin qanunsuz çalışdığını bəyan etmişdi.(aztoday)

Orxan Məmmədli