Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Koronavirus təkcə yaşlılar üçün təhlükəli deyil - Orta yaşlılar üçün də risk böyükdür

 


 “COVID-19-un yaratdığı xəstəlikdən təkcə yaşlıların deyil, orta yaşlıların da ölüm, yaxud ona yoluxma riski böyükdür”. Bunu dünən – martın 31-də Britaniyada açıqlanmış yeni tədqiqat göstərir.

Yenixeber.org: Britaniya alimləri 3 min 600-dən artıq COVID-19 yoluxmasını, eləcə də virusun episentri sayılan Vuhandan repatriasiya olunmuş yüzlərlə vətəndaşın məlumatlarını tədqiq ediblər.

Onlar üzə çıxarıblar ki, ciddi infeksiya hallarında yaş əsas faktordur. Yaşı 80-dən yuxarı hər beş nəfərdən biri xəstəxanaya yerləşibsə, yaşı 30-dan az olanlarda bu, 1 faiz civarındadır. Kliniki təsdiqlənməmiş, yəni yüngül, yaxud simptomların üzəçıxmadığı halların tədqiqi göstərib ki, 50 yaşlarında olan pasiyentlərin 8,2 faizi xəstəxanaya yerləşdirilib.

“The Lancet” Yoluxucu Xəstəliklər dərgisində dərc olunmuş araşdırmaya görə, Çində COVID-19 yoluxmalarının ölüm faizi 1,38 olub. Təsdiqlənməmiş yoluxmaları nəzərə alanda isə bu göstərici 0,66 faizə düşür.

Araşdırma müəllifləri deyirlər ki, bu göstərici əvvəlki dəyərləndirmələrdən əhəmiyyətli dərəcədə al olsa da, COVID-19 yenə dəəvvəlki pandemik viruslardan qat-qat öldürücü sayılır.

“Bizim hesablamalar COVID-19-un qarşısını almağa çalışan istənilən ölkədə tətbiq oluna bilər, – araşdırmanın həmmüəllifi, London İmperial Kollecindən Azra Qani deyib.

Hazırda dünyada milyardlarla insan evdən çıxmır, hökumətlər yeni koronovirusun yayılmasını dayandırmağa çalışırlar. İndiyədək dünya üzrə təsdiqlənmiş COVID-19 yoluxmalarının 4,8 faizinin ölümlə nəticələndiyi bildirilir. Amma ekspertlər vurğulayırlar ki, genişmiqyaslı test aparmadan neçə adamın yoluxduğunu və sağaldığını söyləmək çətindir.

                         Yəni, həqiqi ölüm səviyyəsinin daha az da ola bilər.

“The Lancet”in araşdırması Çində xəstəxanaya yerləşdirilən yaşı 80-dən yuxarı olanların 18,4 faizinin dünyasını dəyişdiyini üzə çıxarıb. 40-49 yaşlıların 4,3, 20 yaşlarında olanların isə cəmi 1 faizi ölüb.

Müəlliflər hesablayıblar ki, dünya əhalisinin 50-80 faizi COVID-19-a yoluxa bilər. Amma bu hesablama əl yumaq, fiziki məsafə saxlamaq kimi davranışları nəzərə ala bilmir.

Professor Devi Sridhar deyir ki, bir çox adamın yoluxması ehtimalı Britaniya daxil olmaqla bir çox hökumətləri pandemiyanı yavaşıtmaq tədbirlərindən əl çəkməyə sövq edir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam