Redaktor seçimi
Fuad Muradovun diaspora uğursuzluğu:
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Günün xəbəri

İQTİSADİYYATIN TƏHLÜKƏSİZLİK YASTIĞI... -Neftin ucuzlaşmasına tab gətirmək olacaqmı?

 

 Azərbaycan iqtisadiyyatının yüksək ölçüdə neftdən asılılığı heç kimə sirr deyil. Ölkəmizin indiyə qədərki iqtisadi uğurlarının da əsasında məhz “qara qızıl”ın xüsusi çəkisi var. Bu səbəbdən dünya neft bazarında baş verən təlatümlər Azərbaycan iqtisadiyyatının diqqətlə və böyük həssaslıqla izlədiyi hadisələrdir.

Yenixeber.org: Hazırda neft qiymətlərinin ucuzlaşmasını şərtləndirən əsas səbəblər kimi koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərbə və “OPEK+” ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığının mövcudluğu göstərilir. Xatırladaq ki, xüsusilə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında Moskvanın hasilatın azaldılmasına getməməsi səbəbindən yaranan narazılıq, nəticədə Səudiyyə şahzadəsinin qiymət endirimi ilə bağlı atdığı radikal addımlar bazarda yaranan bugünkü durumun əsas səbəbləri hesab olunur.

Bəs neft bazarında yaranan bu durum Azərbaycan iqrtisadiyyatına nə vəd edir və perspektivdə nələr baş verə bilər?

Əlbəttə ki, hazırkı şərtlər ölkə iqtisadiyyatı üçün məqbul sayıla bilməz və hansısa optimist proqnozlar vermək asan deyil. Ancaq mövcud duruma panika, isterika bucağından yox, reallıqlara söykənərək qiymət verildikdə görünür ki, hansısa spekulyativ addımlara gedilməsə, Azərbaycan iqtisadiyyatının bu vəziyyəti adlamaq gücünə malik dayanıqlığı mövcuddur. Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dolları təşkil edir. Bu vəsait ölkə ÜDM-nin həcmini 8 faizdən çox üstələyir. Ölkənin maliyyə dayanaqlığını əks etdirən daha bir göstərici isə onun xarici borclarıdır. Bu baxımdan da Azərbaycanın mövqeyi qənaətbəxşdir. Belə ki, ölkəmizin xarici dövlət borcunun ÜDM-ə nisbəti 17% təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biri sayılır.

Bu və digər makroiqtisadi göstəricilər olduqca əhəmiyyətli dayaqlar, hətta təhlükəsizlik yastığı sayıla və ölkə iqtisadiyyatının bütün dünyanı bürüməkdə olan iqtisadi böhranı minimum itkilərlə adlamasına imkan yarada bilər. Bunun üçünsə maliyyə, iqtisadi idarəetmənin səmərəliliyi, doğru və operativ qərarların verilməsi olduqca önəmlidir.

Xatırladaq ki, bu ərəfədə Nazirlər Kabinetinin operativ iclasında dünya bazarında xam neftin qiymətinin enməsinin iqtisadiyyata təsiri müzakirə edildi. Hökumətin neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planlarına malik olduğu bildirildi. Mərkəzi Bank sədri manatın məzənnəsi, maliyyə bazarındakı vəziyyət, inflyasiya səviyyəsi və s. barədə operativ məlumatlar verdi. Məlum oldu ki, banklar istər əhalinin əmanətləri, istərsə də valyuta mübadiləsi sarıdan hər hansı problem yaşanmaması üçün lazımi qədər resurslarla təmin olunublar.

Bununla yanaşı, koronavirus epidemiyasının və neftin kəskin şəkildə ucuzlaşmasının valyuta bazarında yaratdığı ilkin ajiotajın da səngidiyi müşahidə olunur. Artıq banklarda valyuta mübadiləsi üçün növbələr və minimal limitlər demək olar ki, müşahidə olunmur. Bu, manata olan təzyiqi xeyli azaldır və devalvasiya riski barədə mülahizələri bir qədər arxa plana keçirir.

Digər tərəfdən, bütün təzyiqlərə rəğmən sosial layihələrin icrasının davam etdirilməsi, heç bir sosial layihənin təxirə salınmaması, eləcə də istehlak bazarına nəzarətin təşkili, süni qiymət artımına qarşı sərt tədbirlərin görülməsi ajiotajın qarşısının alınmasında ciddi rol oynaya bilər. Bütün bunlar nəticə etibarilə ən əsas göstəricilərdən olan inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasına xidmət etmiş olur.

Manata təzyiqi nisbətən azaldan məqamlardan biri isə sərhədlərin bağlanması və bütün dünyada iqtisadi aktivliyin kəskin şəkildə enməsi səbəbindən xüsusilə ölkədəki işgüzar dairələrdə dollara tələbatın azalmasıdır. Əlbəttə ki, iqtisadi aktivliyin azalması ümumilikdə ölkə iqtisadiyyatı üçün mənfi haldır. Lakin dünya iqtisadiyyatında yaranmış hazırkı durum gəlirlərimizdən daha çox mümkün ziyanlarımızı düşünməyə vadar edir.

Nəhayət, ən başlıca məsələlərdən biri hökumətin bu vəziyyətdə ölkədəki özəl sektora dəstəyinin nədən ibarət olacağıdır. İqtisadçı ekspertlər və hətta yeni millət vəkilləri tərəfindən böhran dövründə sahibkarlara dəstək üçün atılmalı olan addımlara dair müxtəlif təkliflər irəli sürülür. Hökumət də ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlandığını bəyan edib.

Ümid edək ki, bütün dünyanı bürüyən bu qeyri-müəyyənlik və böhran mümkün qədər qısa müddətdə başa çatacaq, Azərbaycanın maliyyə resursları, eləcə də hökumətin nəzərdə tutduğu tədbirlər planı ölkə iqtisadiyyatının bu ağır dövrdən ən az itkilərlə çıxmasına şərait yaradacaq.(azpolitika)

İqtisadiyyat Şöbəsi

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}