Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Cavid Qurbanov təkcə metal biznedindən milyonlar əldə edib... -İTTİHAM

Təkcə metal biznedindən milyonlar əldə edib...
 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun köhnə qatarlarla yanaşı, dəmiryollarını doğratdırıb satması ilə bağlı informasiyalar yerli KİV-də dəfələrlə səslənib.
Yenixeber.org: Elə bu faktları xatırladan mötəbər mənbə iddia edir ki, C.Qurbanovun sözügedən "biznesindən" milyonlar əldə etməsi də faktdır.

Xatırladaq ki, bir müddət əvvəl tanınmış jurnalist Eynulla Fətullayev də “Dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid” deyib haray çəkərək sosial şəbəkədə Cavid Qurbanovu ittiham etmişdi: “Mən Özbəkistandakı sürət qatarlarından və Azərbaycan dəmiryolları sistemindəki bərbad vəziyyətdən yazmışdım. Bundan sonra nə başladı?
“Dəmir Yolları” QSC rəhbəri Cavid Qurbanov düyməni basdı və mənə dəmiryolçuların məktubları axışdı.
Guya Cavid olmasaydı biz “Stolıpin vaqonları”na qayıdardıq. Buna görə də sağ olsun! Nə deyirəm, əgər belədirsə, daha irəli gedək!
Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.
Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

Bunları xatırladan mənbə iddia edir ki, maraqlı orasıdır, Cavid Qurbanov bu qədər qazanc əldə etməsinə baxmayaraq bu gün dəmiryolu sistemində çalışanların durumu, sosial rifah halı əvvəlki ilə müqayisədə daha da ağırlaşıb: "C.Qurbanov rəis təyin olunduqdan sonra işçilərin əmək haqları 3 dəfə aşağı düşüb. Halbuki keçmiş sədr Arif Əsgərovun dövründə qatar rəisləri 500-600 manat arası əmək haqqı alırdılar. Ancaq indi özlərinə məxsus qatar rəislərindən başqa yerdə qalanlar 250-300 manat arası əmək haqqı alır”.

Onu da qeyd edək ki, məlumatı verən qaynaq redaksiyamıza ağır ittihamların yer aldığı faktları da təqdim edib. Həmin faktları müəyyən dəqiqləşdirmədən sonra daha geniş materialımızda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam