Redaktor seçimi
Onkologiyanın Kəmaləddin Qafarov şişi-
Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur –
Heydər Əsədovun özünə və ailəsinə məxsus sərvətlər üzə çıxıb-
Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri -
Ağ Evin “C” planı:
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
Günün xəbəri

İngiltərə Səhiyyə Nazirliyinin məxfi hesabatı:“Koronavirus 2021-ci ilə qədər davam edəcək”

 

 

           

 Mart bitincə, dərd bitməyəcək

Yenixeber.org: Azərbaycan hökuməti koronavirusla mübarizə məqsədilə adını qoymasa da, dünən biraylq tibbi fövqəladə vəziyyət elan etdi. Özümüzdəki bir az ərzində bütün kütləvi toplantılar qadağan edildi, yeməkxana və kafelərin axşam saatından sonra işləməsinə məhdudiyyət gətirildi, başqa ölkələrə səfərlər təxirə salındı və s.

Yəqin ki, bir çoxlarımızə bu biraylıq fövqəladə vəziyyət ağır gəlsə də, ümidlərimiz də tam ölmədi. Bütün planlarımızı gələcək aylara saxlayaraq, ümidlə mart ayının bitməsini gözləyirik. Bəs, görəsən, məşhur atalar sözündə deyildiyi kimi, mart bitincə, dərd də bitəcəkmi?

İngiltərənin “Guardian” qəzetinin bu gün yayınladığı bir məlumat bu qədər nikbin olmaq üçün əsas yaratmır.

Zira qəzetin İngiltərə Səhiyyə Nazirliyi strukturlarından ələ keçirdiyi məxfi sənədə görə, koronavirus 2021-ci ilin yazına davam edə bilər. Təxminlərə əsasən, bu bir il müddətində Böyük Britaniya əhalisinin 80%-i koronavirusa yoluxacaq. Nəticədə 7.9 milyon vətəndaş xəstəxanaya yerləşdiriləcək.

Nəzərə alsaq ki, Böyük Britaniya dünyada tibbin ən çox inkişaf etmiş ölkələrindəndir, rəsmi Londonun koronavirus qarşısında bu acizliyi indiyədək “Allaha təvəkkül” prinsipiylə çalışan Azərbaycan səhiyyə sistemi üçün, əlbəttə, daha çətin sınaqlar vəd edir. Bizim bu sahədə yeganə təsəllimiz isə ondan ibarət ola bilər ki, koronavirusun dərmanı hələ də tapılmayıb və İngiltərə də bu xəstəliyə qarşı Azərbaycansayağı “Allaha təvəkkül” metoduyla mübarizə aparır. Başqa sözlə desək, İngiltərə ilə bizim səhiyyəmiz koronavirus qarşısında eyni imkan və təcrübəyə malikdir.(ovqat.com)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}