Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezidentin Tərtər RİH-nə ayırdığı 3 milyon manatın aqibəti necə oldu, hara xərcləndi və kim yedi? -İTTİHAM   

      


 Yenixeber.org: Redaksiyamızın poçtuna təmas xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunn Qapanlı kəndindən şikayət daxil olub. Bilirik ki, bu gün sərhəd boyu kəndlər, xüsusəndə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış yerlərinə Prezident xüsusi diqqət ayırır. Lakin şikayətçimiz bu diqqətin rayon icra hakimiyyətindən o tərəfə keçmədiyini iddia edir. Şikayətçi yazır:
"Salam. İlk öncə Sizi narahat etdiyim üçün üzr isdəyirəm. Mən Hüseynov Əli Əmir oğlu cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayon Qapanlı kəndində yaşayıram. Bizim evə aprel döyüşlərində artilleriya zərbəsi nəticəsində ciddi zərər dəymişdir. Amma aprel döyüşləri hadisələrdən 4 ildən çox vaxt keçsə də çoxsaylı müraciətlərimə baxmayaraq evimiz hələ də qəzalı vəziyyətdə qalıb. Sizdən bu məsələnin ictimailəşdirilməsini xahiş edirəm.
Bu məsələnin ictimailəşdirilməsini nəzərə alaraq aidiyyati qrumlara göndərdiyim sənədləri Sizə də göndərirəm.
2016-cı il Aprel döyüşləri hadisələrdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Ölkə başçısı cənab Prezident İlham Əliyev, biz kənd sakinləri ilə danışığı zamanı dedi ki, bütün evlər bərpa olunacaq. İndi icra hakimiyyətinin nəyə gücü çatırsa etsin, çatmırsa onda hökumətdən vəsait ayrılacaq".
Daha sonra şikayətçi davam edir, aktlaşmadan sonra biz dərhal işə başlamalıyıq. Prezident İlham Əliyev cənablarına məlumat verildi ki, düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb. Bu zərər görmüş evlərin siyahısında bizim ev də var idi. Tərtər Rayonun Fövqəladə Hallar Komissiyası evə baxış keçirib və burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Bizim ailəyə tezliklə kənddən kənarda ev tikiləcəyi yaxud evin təmir olunacağı vəd olunub. Ancaq komissiya üzvləri o gedəndirlər. Bizim ailəyə nə sığınacaq verilib nə ev tikilib nə də ki, təmir olunub.

Sualım isə budur ki, bəs ölkə başçısı Prezident İlham Əliyevin aprel hadisələri üçün Tərtər rayon icra hakimiyyətinə ayırdığı 3 milyon manatın aqibəti necə oldu, hara xərcləndi və kim yedi?
Bütün maraqlı tərəflərin mövqeyini dinləməyə hazırıq!
Teref.az
Əli Hüseynov
Elgün Hüseynov








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam