Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Hikmət Cavadov Xocalının tanıdılması ilə bağlı dövlət strategiyasını necə təhlükəyə atdı? —Özfəaliyyətin acı nəticəsi

 

 

Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımının tanınması istiqamətində ciddi addımlar atılıb.

Yenixeber.org: İndiyə qədər Pakistan, İordaniya, Sudan, Qvatemala, Çexiya, Meksika, Panama, Peru, Rumıniya, Şotlandiya, eləcə də ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər. Rəsmi Bakının XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının tanınması istiqamətində fəaliyyəti hazırda da davam edir.


Bu il Ukrayna Ali Radasında Xocalı soyqırımının tanınması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir. Həyata keçirilən işlər nəticəsində Ali Radada soyqırımı ilə bağlı qanun layihəsinin qəbul edilmək ehtimalını da artırır. Daha doğrusu, dünənə qədər bu gözlənti yüksək idi və dövlətin bu istiqamətdə həyata keçirdiyi strategiya addım-addım həyata keçirdi. 


                                    Bəs nə baş verdi?

 


"Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov bir neçə gün əvvəl açıqlama yayaraq, bəyan etdi ki, “Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir”.


Bir diaspor rəhbərinin bu informasiyanı açıqlamasında təəccüblü heç nə görünməyə bilər, lakin məsələnin həssaslığını və diplomatiyanın incəliklərini nəzərə alanda Hikmət Cavadovun nə qədər ciddi səhvə yol verdiyini anlamaq çətin deyil. 


Hikmət Cavadov bu informasiyanı yaymaqla gündəmə gəldi və dolayısı ilə bunu Ukraynadakı diasporumuzun uğuru (həm də şəxsi uğuru) kimi göstərməyə çalışır. Hərçənd ki, bu dövlətin, şəxsən Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyadır. İndiyə qədər Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması da məhz bu strategiya əsasında mümkün olub.

 


Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyədə inkişaf edir. Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin dekabrında regionda Ermənistana yox, məhz Azərbaycana səfər etməsi də bunun əyani sübutudur. Bu günlərdə keçirilən Münhen Təhlükəsizlik Konfransında Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko və Prezident İlham Əliyev arasındakı isti münasibət isə rəsmi Bakının Kiyevlə uzumüddətli əməkdaşlığından xəbər verir. 


Göründüyü kimi, Prezident İlham Əliyev düşünülmüş strategiya ilə Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində əzmlə çalışır, onu daha da inkişaf etdirir. Xocalı soyqırımının Ali Radada müzakirəyə çıxarılacağı məsələsi də məhz bu strategiyanın bəhrəsidir. 


Hərçənd ki, Hikmət Cavadov təkcə dövlətin uzunmüddətli strategiyasını öz ucuz reklamında istifadə etmir, həm də bu strategiyanı şəxsi ambisiyaları naminə qurban verir. Məsələ qarşı tərəfə – ermənilərə “pas ötürməkdən” (bilərəkdən, yaxud bilməyərəkdən) gedir. 


Ukrayna erməni diasporunun aktiv işlədiyi ölkələrdən biridir. Bu gün Ali Radada erməni əsilli deputatların sayı kifayət qədər çoxdur, ancaq bir nəfər belə azərbaycanlı təmsil oluna bilmir. Bununla yanaşı, soyadı fərqli olsa da etnik erməni olanlar, o cümlədən, ermənipərəstlər də var. Ən əsası isə Ukraynanın daxili işlər naziri olan erməni əsilli Arsen Avakov amili danılmaz faktdır. Arsen Avakov Maydandan sonra Ukraynada təkcə nazir kimi yox, həm də oliqarx kimi kifayət qədər güclənib. Onun hətta silahlı dəstələri, o cümlədən, Ali Radada dəstəklədiyi deputat qrupu var. 

 


Bütün bunları bilə-bilə Ali Radada Xocalı soyqırımının tanınması məsələsinin müzakirəyə çıxarılacağı planının öncədən ictimaiyyətə açıqlanması erməni şəbəkəsinin “xəbərdar” edilməsi, onların da əks-addımlar atmasına şəraitin yaradılması deməkdir. Adətən diplomatiyada belə həssas məsələlər son ana qədər gizli saxlanılır, ya nəticə əldə ediləndə, ya da məsələ müzakirəyə çıxarılanda ictimaiyyətə məlumat verilir. Çünki dostlarımız qədər düşmənlərimiz də var. Ukraynada isə bizə düşmən olan ermənilər kifayət qədərdir.


Ali Radada Xocalı soyqırımının tanınması məsələsinin müzakirəyə çıxarılacağı haqda xəbəri öncədən tirajlamaq Ukraynadakı erməni şəbəkəsinin əlinə oynadı. Artıq ermənilərin Xocalı soyqırımının Ukrayna parlamentində tanınmasının qarşısını almaq üçün hərəkətə keçəcəyi şübhəsizdir. Təsadüfi deyil ki, Hikmət Cavadovun bu cür məsuliyyətsiz və tələsik bəyanatından dərhal sonra ermənilər hərəkətə keçiblər. Nəticədə Ukrayna Ali Radasının xanım deputatı olan Darya Volodina “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsini qeydə alıb.

 


Məsələyə geniş aspektdən baxanda Hikmət Cavadovun ucuz reklamı naminə atdığı addımın mənfi nəticələrinin miqyasını təsəvvür etmək çətin deyil. 


Sual yaranır, niyə Hikmət Cavadov dövlət strategiyasını öz fəaliyyəti kimi göstərir? Ona bu haqqı kim verib? Əgər uğurlu diaspor fəaliyyəti ilə məşğul olursa, o zaman, Ukraynada Azərbaycan diasporu niyə bəzi məsələlərdə geridə qalır?!


Misal üçün, Ukrayna Mədəniyyət, Gənclər və İdman Nazirliyi ötən il həmrəyliyin möhkəmləndirilməsi məqsədilə ölkədə yaşayan müxtəlif millətlərin çıxışından ibarət videorolik hazırlayıb. “Biz fərqliyik, amma birik” adlanan videolayihədə hər bir millət öz dilində danışır. Ermənilər, hətta qaraçılar belə bu layihədə iştirak edib. Amma azərbaycanlılar gözə dəymir. Dövlətin strateji planlarını öz fəaliyyəti kimi təqdim edən və ucuz reklam xatirinə uzun müddətdir həyata keçirilən siyasəti təhlükə altına atan Hikmət Cavadov yaxşı olar ki, belə mədəni layihələrdə azərbaycanlıların da yer almasıma nail olsun. Hərçənd, müşahidələr onun diaspor fəaliyyətini özünün reklam vasitəsinə çevirdiyini göstərir. 

 


Misal üçün, yanvarın 22-də Azərbaycan Dövlət Televiziyasında efirə gedən sujet xüsusi diqqət çəkir: “Azərbaycan deyəndə Hikmət Cavadov”. 


Videosujetin mövzusu Hikmət Cavadovun fəaliyyətinə həsr olunub və qeyd olunur ki, “Ukraynada Azərbaycan deyəndə Hikmət Cavadov yada düşür”. Sanki bu şəxs Azərbaycan-Ukrayna münasibətlərini müəyyənləşdirən, yaxud Bakı və Kiyev arasında siyasi körpülər quran və ya Ukraynada Azərbaycan naminə əvəzsiz işlər görən əhəmiyyətli fiqurdur. Axı adi mədəni layihələrdə azərbaycanlıların təmsil olunmasına nail ola bilməmiş, əvəzində isə strateji planları öz reklamına çevirən bir şəxsi bu qədər göyə qaldırmaq kimlərin marağındadır?!


AzTV-nin rəsmi saytında məlum xəbərin Hikmət Cavadova istinadən yayımlanması da yanlışın davam etdirilməsindən başqa bir şey deyil. Ən böyük yanlış məhz dövlətin diaspora siyasətini həyata keçirən qurumun payına düşür. Çünki müxtəlif ölkələrdəki diaspor təşkilatlarımızla işləyən müvafiq qurumlar kimlərinsə dövlət strategiyasından sui-istifadə etməsini və diplomatik planları təhlükə altına atmasına imkan verməməlidir. Xüsusilə, dövlətin xarici siyasətinə xələl gətirə biləcək belə şəxsləri nəzarətdə saxlamalı, dövlət dəstəyi doğru adamlara verilməlidir. Əks təqdirdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində səmərəli nəticələr əldə etmək çətin olacaq. Belə məsələlər həssaslıq tələb edir.

 


Çox təəssüflər olsun ki, bu gün Ukraynada yaşayan bir sıra Azərbaycan diaspora təşkilatlarından fərqli olaraq ermənilər həm Ali Radada, həm də Ukraynanın bütün dövlət və icra hakimiyyəti orqanlarında yüksək vəzifələr tuta biliblər. Bunun əsas səbəblərindən biri erməni diaspor təşkilatlarının Ermənistan hökuməti ilə əlaqəli şəkildə iş aparmasıdır. 


Yaxşı olardı ki, Azərbaycan diaspora nümayəndələri özünün ucuz piarını aparmaq əvəzinə yaşadığı ölkədə konkret, real və sistemli formada həmin ölkənin ictimai-siyasi həyatına inteqrasiya etməyi özlərinə əsas hədəf seçsinlər. Budur daha səmərəli və praqmatik yol!


Xocalı soyqırımının Ukrayna Ali Radasında müzakirəyə çıxarılması məsələsinə gəlincə, inanırıq ki, Azərbaycan dövlətinin uzunmüddətli strategiyası öz bəhrəsini verəcək...(demokrat.az)


Zaur Hacılı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam