Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Vaqif Əliyevin və baldızı oğlunun şok səs yazısı yayıldı: “Atam dedi ki, Orxan uşaqdır, Vaqif əmi ilə danışacam...”

 

Vaqif Əliyevin və baldızı oğlunun şok səs yazısı yayıldı:


SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin, oğlunun və yaxın qohumlarının adı hallanan dələduzluq hadisəsi ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.

Yenixeber.org: Redaksiyamıza təqdim edilən səs yazılarında hadisə ilə bağlı etiraflar özünə yer alır. Məlum olur ki, V.Əliyev də, ailəsi də baş verən dələduzluq hadisəsindən nəinki xəbərdar olublar, hətta hadisələrin iştirakçılarıdırlar.




Xatırladaq ki, V.Əliyevin adı keçən əməllə bağlı Qarayev Nicat Maarif oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilib. N.Qarayev V.Əliyevin baldızının oğludur. O, 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib. Bu müddət ərzində isə xalası oğlu (Vaqif Əliyevin oğlu-red.) Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən (Quliyev Elçin-110 min manat, Seyidov Taleh-303.500 manat, Nağıyev Vasif- 21.000 manat, Həsənzadə Rüfət-113.000 manat, Sadıqov Elgün- 40.000 manat-red.) külli miqdarda pul alıb.

Hazırda yalnız adları qeyd olunan şəxslərə qarşı etdiyi əmələ görə Nicat Qarayevə ittiham elan edilsə də, iş üzrə Eyvazov Raman Əlikram oğluna 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq etdiyinə görə adları qeyd olunan şəxslər də iş üzrə zərərçəkmiş şəxslər qismində tanınıb. Nicat Qarayev bu əməlləri ilə zərərçəkmiş şəxslərə ümumilikdə 3.806.820 manat maddi ziyan vurub. Qeyd olunan cinayət işi 22.07.2019-cu il tarixdə Əliyev Orxan Vaqif oğlunun şikayət ərizəsi əsasında başlansa da, zərərçəkənlər bunun qurama olduğunu deyirlər: “Maraqlı burasıdır ki, N.Qarayev tərəfindən xalası oğlu O.Əliyevə, onun şirkətinə qarşı hər hansı dələduzluq hərəkətləri edilməyib, ərizəçi Orxan Əliyev vurulmuş ziyan barədə heç nə göstərməyib, yalnız Nicat Qarayevin dələduzluq əməlləri barəsində məlumat verib. Burdan da belə qənaətə gəlmək olur ki, Orxan Əliyev və atası Vaqif Əliyev qabaqcadan özlərini sığortalamaq məqsədilə bu cür ərizə ilə müraciət ediblər”.

Audio Player

Qeyd edək ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılan cinayət işi üzrə V.Əliyev və oğlu Orxan Əliyev dindirilib. İş üzrə zərərçəkmiş kimi tanınan bir qrup şəxsin redaksiyamıza təqdim etdiyi səs yazılarından məlum olur ki, V.Əliyev baldızı oğlunun əməllərindən əvvəlcədən xəbərdar olub, lakin ona mane olmayıb. Zərərçəkənlərlə danışığında V.Əliyev etiraf edir ki, bir il əvvəl də oxşar hadisə baş verib, baldızı oğlu kimlərisə aldadıb və bundan xəbərdar olublar. “Nicatın xalası (V.Əliyevin xanımı-red.) bacısına zəng edib deyib ki, ay bacı, sənin oğlun maşenniklik edir, bunu ya öldürəcəklər, ya da axırı türmədir. Üstündən bir il keçib, bu adam dəyişməyib...”
Redaksiyamıza təqdim edilən digər səs yazısında N.Qarayev özü etiraf edir ki, ağsaqqal (V.Əliyev-red.) ölkədə yoxdur, gələndə problem həllini tapacaq. Danışıqda V.Əliyevin oğlu Orxan Əliyevin də adı çəkilir və N.Qarayev bildirir ki, Orxan ona mane olur pulları qaytarmağa: “Orxan narazı qalır ki, niyə başqa adamları cəlb etmisən bu prosesə. Mən atama dedim, dedi ki, Orxan uşaqdır, mən onun böyüyü ilə danışacam, Vaqif əmi indi ölkədə yoxdur, gəlsin danışıb həll edəcəm”.(afn.az)


Audio Player

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam