Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çeçenlər və dağıstanlılar arasında böyük dava – Rusiya Şimali Qafqazı belə parçalayır…

kadirov

Dağıstan və Çeçenistan sakinləri arasında iki respublikanın sərhədində dava olub.

Yenixeber.org:   «Kavkazskiy uzel» nəşrinin yazdığına görə, avqustun 16-da dağıstanlılar bir çeçenistanlını döyüblər. Bir oğlanı körpüdən tullayıblar, onun xəstəxanada öldüyü bildirilir.

İki respublikanın sakinləri arasında münasibətlərin gərginliyi Çeçenistan başçısının Şeyx Şamil barədə söylədiyi fikir bir qədər də gücləndirib. Döyüşçülərin Dağıstana soxulmasının 20 illiyində Ramzan Kadırov bu hadisəni Qafqaz müharibəsi ilə müqayisə edib və imam Şamili çeçenlərə qarşı repressiyalarda günahlandırıb. Guya çeçenlər Rusiyaya qarşı vuruşmaq istəmirlərmiş. Kadırovun bu bəyanatı Dağıstan müftiliyi və həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidə məruz qoyulub.

Bütün bunlardan sonra Çeçenistanın bəzi sakinləri Dağıstan sakinləri tərəfindən özlərinə qarşı artan «nifrəti» hiss etməyə başlayıblar.

Baxın, Rusiya Şimali Qafşazı necə iblisanə üsullarla parçalayır! Əvvəla, Şeyx Şamilin qiymətini tarix özü verib. İndi bu məsələyə Putinin sadiq dostunun gözü ilə yenidən baxmağın və Şamil kimi böyük bir şəxsiyyəti «tənqidə» məruz qoymağın heç yeridirmi?

İkincisi, tarixi kitablardan öyrənirik ki, Şeyx Şamil heç vaxt çeçenləri repressiya etməyib! O, yalnız satqınları və qorxaqları cəzalandırıb, vəssalam. Qazavata görə, Qafqazın bütün xalqları Şeyx Şamili sevib, indi də sevir və gələcəkdə də sevəcək – o böyük insanın ruhuna salavat olsun!!! (azpolitika)

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam