Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Ağdam RIH sakinlərin şikayəti ilə maraqanmır - GİLEY

 
Ağdam rayonunun Səfərli kənd sakinləri susuzluqdan dilə gəlib.


Yenixeber.org:  Ağdam rayonunun Səfərli kənd sakinləri uzun illərdir ki, susuzluqdan əziyyət çəkir. Kənd sakinləri həm içməli, həm də suvarma üçün suya həsrət qalıb. Səfərli kəndindəki yeganə su mənbəyi isə ötən əsrin ortalarında inşa edilib.

Sakinlərin sözlərinə görə, kənddə ümumiyyətlə, krantlaşdırma işləri heç vaxt aparılmayıb. Kənddə cəmi bir krantın olması isə problemlər yaradır. Belə ki, uzun-uzadı su növbəsi yaranır və bu zaman mübahisələrə səbəb olur. Yay aylarında yeganə su mənbəyi demək olar ki, quruyacaq hala gəlir. Yalnız qışda nisbətən suda artım olur.

Ağdam rayonu ərazisində 35 artezian quyusunun qazılması ilə bağlı göstəriş verilsə də, Səfərli kəndi bu qərardan payını ala bilməyib. Kənd sakinləri problemləri ilə bağlı rayon icra hakimiyyətinə, müvafiq qurumlara müraciət ünvanlasa da, problemləri hələ də qalmaqda davam edir.

Ümumiyyətlə, Rayon İcra Hakimiyyəti sakinlərin şikayəti ilə maraqanmır. Bu səbəbdən də, Səfərli kənd sakinləri Azərbaycan Respublikası prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehiban Əliyevaya müraciət ünvanlayaraq, su problemlərinin həll edilməsi üçün xahiş ediblər. (Yenicag.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam