Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qarabağ qazisi həbsxanadan prezidentə müraciət etdi:“Azadlığım üçün pul istəyirlər...”

 

Qarabağ qazisi: “13 saylı Cəzaçəkmə Müəssisəsi bazardır, müəssisənin rəhbəri isə “bazarkom”dur”

 

Yenixeber.org: Döyüşlərdə şücaət göstərdiyinə və iki dəfə yaralandığına görə “Hərbi xidmətə görə medal”ı ilə təltif olunmuş, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məlikov Vurğun Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

 Redaksiyamıza audio-səs şəklində daxil olan müraciətdə Qarabağ qazisi 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların ağır şəraitdə yaşamalarından bəhs etməklə yanaşı, 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin azadlığa çıxmaq üçün ondan rüşvət tələb etdiyini iddia edir.

Qeyd edək ki, Vurğun Məlikov cəzasının üçdə iki hissəsini çəkib və onun vaxtından əvvəl azadlığa çıxması üçün sənədlərinin məhkəməyə yollanılmır. Buna görə isə dustaq 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyini ittiham edir və bildirir ki, buna gprə ondan pul tələb olunur.

Ayrıca Vurğun Məlikov müraciətində bildirir ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1200 məhkum burda cəhənnəm əzabı içində yaşayırlar. Qeyd olunur ki, burda dustaqlara qul kimi davranılır, onlar ancaq evlərindən gələn qidayla həyatda qala bilirlər.

13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məlikov Vurğun Nazim oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə aşağıdakı linkdən tanış oal bilərsiniz. Qeyd edək ki, səs yazısı redaksiyamıza dustaq Qarabağ qazisinin oğlu tərəfindən təqdim olunub.

https://soundcloud.com/poliqon-nformasiya-agentliyi/poliqon

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...(pia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam