Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İmişlinin “qaranlıq” üzü:Vilyam Hacıyevin xarabaya çevirdiyi rayon...

 

Yerin təbii peykinin görünməyən üzünə “Ayın qaranlıq tərəfi” deyirlər. İmişlinin də beləcə görünməyən qaranlıq üzü var...

Yenixeber.org: Son illər Azəbaycan rayon və şəhərlərində böyük abadlıq işlərinin aparılması hamımızın gözlərimizin qarşısında baş verib. Bir çox rayon mərkəzlərində təmizlik və səliqə-sahman, o cümlədən planlı şəkildə aparılan abadlıq işləri doğrudan da göz oxşayır. Bəzi rayonlarda isə xırda dekorasiyaların arxasından boylanan xarabalıqlar adamın gözünü küsdürür. Belə rayonlardan biri də İmişlidir. Əslində rayon mərkəzinin əsas küçəsində hər şey çox gözəl görünür. Ancaq əsas küçədən sağa, ya da sola burulmayın, çünki bir an içində bir xarabalığa düşdüyünüzün fərqində olacaqsınız.

Əlbəttə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə görə İmişli onun 7 illik “müdrik” idarəçiliyi altında çox böyük inkişaf yolu keçib. Yəqin ki, cənab Hacıyev dil-boğaza qoymadan və heç kəsə imkan vermədən gördüyü işlərdən danışacaq. Elə hər rübdə və hər ilin sonunda keçirilən hesabat yığıncaqları ilə tanış olduğumuz zaman da belə bir mənzərə ilə üzləşdik. Yəni o hesabatlardan çıxış etsək, İmişli Azərbacanın ən inkişaf etmiş və sosial problemləri öz həllini tapmış rayonlardan biridir. Amma sual ondan ibarətdir ki, Vilyam Hacıyev danışdığı işləri həm də göstərə bilərmi? Yaxud da dekorasiyanın arxa tərəfini, yəni İmişlinin “qaranlıq tərəfini” göstərə bilərmi?

Yerin təbii peykinin görünməyən üzünə “Ayın qaranlıq tərəfi” deyirlər. İmişlinin də beləcə görünməyən qaranlıq üzü var... Və biz İmişlinin “qaranlıq tərəfi”ni “Facebook” sosial şəbkəsində “İmişli şəhəri” səhifəsində gördük.


Şəkil1

Gordüyünüz bu şəkil Heydər Əliyev prospekti ilə kəsişmədə yerləşən Ramil Bağırov küçəsidir. Sosial şəbəkə istifadəçisi yazır ki, “Guya rayon rəhbərliyi bilmir, harda nə var, hansı küçə nə gündədir? Yaxşı bilirlər, sadəcə heç kim heç nə tələb etmədiyi üçün onları maraqlandırmır işlər görmək”.


Şəkil 2

Bu şəkil isə İcra Hakimiyyətinin qarşısında çəkilib. Sosial şəbəkə istifadəçisi sual edir:“İcra hakimiyyətinin qarşısı bu haldadırsa, başqa yerlərdən nə gözləyək?”


Şəkil 3

Bu şəkildəki küçə stadiondan rayon məhkəməsinə doğru uzanır və belə vəziyyətdə olub. Bir ay sonra isə Vilyam Hacıyev həmin küçədə “təmizlik” işləri aparıb. Və gördüyünüz kimi, hər şey özü-özündən ortadadır. İmişlinin yenidən qurulan və abadlaşdırılan əraziləri belə baxımsızlıqdan xarabaya çevrilir. Hakbuki, görülən işləri Vilyam Hacıyev dil-boğaza qoymadan öz fəaliyyətinin birbaşa nailiyyəti olaraq dəyərləndirir. Lakin prezidentin ayırdığı milyon manatlarla vəsait hesabına abadlaşdırılan İmişli Vilyam Hacıyevin biganəliyi ucbatından xarabaya dönür və bir neşə ildən sonra bu əraziləri yenidən abadlaşdırmaq üçün milyonlar sərf olunacaq.


Şəkil 4

Bura İmişlinin mərkəzidir və gördüyünüz kimi, inəklər İmişlinin mərkəzində gül-çiçək “dərir”. Sosial şəbəkə istifadəçisi isə ironiya ilə şəkilin altlndan belə yazır: “İmişli heyvan haqlarının qorunmasında birinci yerdədir. Belə ki, rayonumuzda, hətta inəklər belə, parka gələrək dincələ, çayxanaya gedərək boş vaxtını keçirə bilər”


Şəkil 5

Bu gördüyünüz bina isə Rəsullu kəndində uşaq baxçası və həmin müəssisənin ayaqyolusudur. Allah göstərməsin, hər an uşaqların başına uça bilər. Onda Vilyam Hacıyev nə cavab verəcək?

Ola bilsin ki, vəzifəsini itirəcək, amma keçmişlərə dayanaraq deyə bilərik ki, həbs olunmayayacağı qətidir. Vilyam Hacıyev vəzifədən uzaqlaşdırıldıqdan sonra da vəzifədə yığdığı pullarla ömrünün axırına qədər şad-xürrəm yaşayacaq. Lap elə milyarderlər kimi ayağını-ayağının üstünə aşırıb kef edəcək və dünyanın ən bahalı istirahət zonalarında dinlənəcək. Bunun üçün onun pulu yetərlidir (Yeri gəlmişkən, onun prokurorluq orqanlarında çalışan oğlu Məhəmməd Hacıyevin bahalı avtomobillərə malik olması, dəbdəbəli əyləncələrdə əylənməsi barədə mediada xeyli materiallar dərc edilib ). Amma on minlərlə İmişli sakininin bunun üçün pulu yetərli deyil və ömrünün axırına qədər əzab və zillət içində yaşayaraq qəpik-quruşun dalınca muzdlu iş axtaracaq ki, uşağı acından ölməsin...

Ən əsası odur ki, Vilyam Hacıyev heç bir zaman çörəyini daşdan çıxaran və hər gecə əllərinin qabarlarını soyan on minlərlə İmişli sakininin əzab zillətini anlamayacaq, anlaya bilməyəcək. Çünki toxun acdan xəbəri olmur... Onun üçün bütün bunlar sadəcə həyatın qanunauyğynluğudur...

Cənab Vilyam Hacıyev bizə irad tuta bilər ki, elə həmin “Facebook” səhifəsində İmişlinin gözəlliyini göstərən şəkillər də var. Doğrudur var, amma biz əminik ki, Vilyam Hacıyevin səyləri nəticəsində həmin binalar da tezliklə xarabaya çevriləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...(pia.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam