Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ekspert Qoşqar Təhməzlini korrupsiyada ittiham etdi

 

“Son zamanlar yaradılmış mənasız qurumlardan biri Qida Təhlükəsizliyi Agentliyidir”.

Yenixeber.org: Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, normal ölkələrdə həmin Agentliyin funksiyasını məhkəmələr yerinə yeririr. 

“Bizim hökumət hələ də qavraya bilmir ki, ən yaxşı nəzarətçi - alıcıdır, müştəridir. Əgər normal məhkəmə sistemi olsa, müştəri aldığı keyfiyyətsiz, vaxtı keçmiş, sağlamlığa təhlükə yaradan məhsula görə satıcını məhkəməyə verib böyük məbləğdə kompensasiya alar, bu hal rutinləşsə heç bir istehsalçı, satıcı keyfiyyətsiz mal satmaz”.

N. Cəfərli Qida Təhlükəsuzliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin özü elan etdiyi tenderləri öz şirkətinin qalib elan edilməsinə də münasibət bildirib: 

“Agentlik 12 İyul 2019-cu il tarixində "Medeks" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır. 

Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə 599 min 749 manatlıq başqa müqavilə də imzalayıb.

Qoşqar Təhməzli 2008 - 2016- cı illərdə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb, indi də şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bilinir.

Yəni adam dövlətin təsis etdiyi Agentliyin rəhbəri kimi dövlətin büdcəsindən ayrılan pulla öz şirkətindən avadanlıq alır. Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam