Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanda arvadı xəyanət edən məmur vətəndaşı həbs etdirib –Sensasion iddia

 

Azərbaycanda arvadı xəyanət edən məmur vətəndaşı həbs etdirib –

Vətəndaş Pirişov Elnur Rafiq oğlu qardaşı Pirişov Elçinin altı aydan artıqdır ki, əsassız olaraq həbs olunduğunu bildirib.

Yenixeber.org: Bu haqda redaksiyamıza müraciət edən şəxs deyir ki, uzun müddətdir qardaşı səbəbi bilinməyən, əsassız, bizə məlum olmayan işlərə görə istintaq altında saxlanılır.  

Onun sözlərinə görə, qardaşı 2019-cu ilin yanvar ayının əvvəlində məlum olmayan səbəblərdən xüsusilə ağır cinayətlərin istintaqını aparan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.  O düşünür ki, hadisə kiminsə ailə probleminə görə qisas alınmaqla bağlıdır: 

“Bir nəfər vəzifəli şəxsin öz arvadı ilə xəyanət ehtimalı ilə problem olub və həmin şəxs xəyanətdə mənim qardaşımı günahlandırdığından prokurorluq orqanlarının əli ilə qardaşımdan qisas almaq fikrinə düşüb. 

Həmin şəxsin arvadı ilə bağlı dəfələrlə qardaşım dindirilib və qardaşımın istintaqa təqdim etdiyi telefon mesajlarında onun hər hansı bir təqsirinin olmaması müəyyən olunub. Etika xatirinə həmin şəxsin adını indi çəkmirəm”.

Elnur Pirişov qardaşının bütün hüquqlarının, o cümlədən telefon, görüş, yazışma hüquqlarından məhrum edildiyinin iddia edir. Bildirir ki, cinayət işi ilə qardaşından ailə qisası alınması davam edəcəyi təqdirdə həmin şəxslə bağlı mətbuat vasitəsilə ölkə rəhbərliyinə açıq məktubla müraciət edəcək:

“Qeyd edim ki, qardaşım ağır şəkər xəstəliyindən əziyyət çəkir və şəraitsiz vəziyyətdə saxlanılmaqla xəstəliyi daha da ağırlaşıb. 7 ay müddətində isə mən qardaşımla hal-əhval belə tuta bilmirəm. Artıq qardaşım özünə intihar etmək məcburiyyətində qalıb. Bütün bunları göstərməklə güman edirəm ki, aidiyyəti qurumlar tərəfindən mənim haqq səsimə səs verən olacaq və adını çəkmək istəmədiyim vəzifəli şəxsin öz ailə dramına görə qardaşımdan qisas almasının qarşısı vaxtında alınacaqdır”.(yenisabah) 

Elnarə İlham


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam