Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ağsu rayon icra başçısının tender biznesi -FOTO

Ağsu rayon icra başçısının tender biznesi
Ağsu rayonu İcra Hakimiyyətinin (RİH) yarım milyonluq “tenderi”nin gizli məqamları üzə çıxıb.
aayenixeber.org: Ağsu RİH Ağsu şəhərində Asfalt-beton işlərinin görülməsi üçün tender elan edib. Tenderin “qalib”i “ATF” MMC-yə isə 492 min 822 min manat pul ayrılıb.

                                ATF MMC-nin TİKİNTİ CİNAYƏTİ

Ötən ilin iyun ayında Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunub.

ŞİRKƏTİN DÖVLƏTƏ ZƏRƏRİ

Ötən il Göyçay çayı üzərində körpünün uçmasına görə dövlətə 3 milyon manat zərər dəyib. Nəticədə isə “ATF” MMC 316 min 800 manatlıq cərimə olunub.

Ağsu rayon icra başçısının tender biznesi

                                        1İL SONRA YARIM MİLYON

Sözügedən şirkət dövlətə 3 milyon zərəri qarşılığında 317 min manat cərimələnir və 1 il sonra Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev tərəfindən yarım milyonluq tenderin qalibi olaraq mənfəətə keçir. Şirkətin təsisçisi F.Muradovun həbsindən sonra ailə üzvü Azad Muradov şirkətə rəhbərlik edir.

Ağsu rayon icra başçısının tender biznesi

Əldə etdiyimiz məlumatlara görə, "ATF" MMC -nin direktoru və Ağsu rayon icra başçısı sıx əlaqədədirlər və elan olunan tenderlərin bir çoxunda asfalt beton işlərinin müəyyən pul müqabilində həmin şirkətə həvalə olunduğu bildirilir.(“kommersant.az”)

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam