Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dövlət qurumlarının tenderlərdə yol verdikləri əsas nöqsanlar bunlardır

865ca1d9b6b151f

Ötən il Azərbaycanda dövlət qurumlarında həyata keçirilən auditlərdən 48-i dövlət satınalmaları ilə bağlı olub.

Yenixeber.org: Məlumata görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2018-ci ildə nəzarət tədbirləri malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 2 107,3 mln. manat vəsaiti əhatə edib. Satınalma müqavilələrinin 31,6%-i tikinti, abadlıq və quruculuq işlərinin, 63,3%-i malların alışının və 5,1%-i göstərilən xidmət və keçirilən tədbirlərin payına düşüb.

Audit araşdırmaları zamanı 355 halda 25 309,5 min manat məbləğində vəsaitin satınalma keçirilmədən, 44 halda 1 674,1 min manat məbləğində vəsait isə məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə ayrı-ayrı müqavilələrə köçürülərək icra olunduğu aşkarlanıb. Eyni zamanda 76 halda tender komissiyasının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilmədiyi, 49 halda ehtimal olunan qiymətin müvafiq qaydada müəyyən olunmadığı, 1 halda malların (işlərinv ə xidmətlərin) satın alınmasının açıq tender üsulu ilə həyata keçirilməli olduğu metodlardan istifadə edilməklə həyata keçirildiyi, 8 halda tender elanının məzmununun və şərtlər toplusunun müəyyən edilmiş tələblərə uyğun formalaşdırılmadığı, 27 halda satınalamalar barədə elanların və bağlanmış müqavilələrdə məlumatların müvafiq İnternet səhifəsində yerləşdirilmədiyi, 1 halda “Dövlət satınalamaları haqqında” qanunda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırıldığı, 2 halda kifayət qədər zaman olsa da, birbaşa müqavilə bağlanılması üçün razılıq alındığı, 21 halda malgötürəndən zəruri sənədlərin, o cümlədən tender təklifinin təminatının alınmadığı, 1 halda ehtimal olunan qiymətin tender zərfinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmadığı müəyyənləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam